Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib

Azərbaycanda erkən, məcburi nikahların çoxu ölkənin cənub bölgələrində qeydə alınıb.

Bu barədə Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov Media.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, belə hadisələrin çoxu ictimaiyyətə açıqlanmır.

Hüquq müdafiəçisi bir il əvvəl Azərbaycanda 15 yaşlı qızın 60 yaşlı rus dili müəllimi tərəfindən təcavüz edilərək hamilə qaldığını xatırladıb.

O, qeyd edib ki, başqa bir hadisə isə təxminən iki il əvvəl Lerikdə baş verib. Orada yaşlı bir müəllim qızın sadəliyindən faydalanıb, nəticədə, azyaşlı hamilə qalıb. Valideynləri, sinif yoldaşları və ətrafdakılar qızın çəkisinin artdığını düşünüblər. Bir müddət sonra azyaşlı sinifdə doğuş edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 15 yaşdan 17 yaşa qədər qızların 2000-2500 doğuş etməsi faktı qeydə alınıb. Yeri gəlmişkən, bu rəqəmlər 10 il əvvəlkindən xeyli azdır.

“Üstəlik, bəziləri üçüncü və dördüncü dəfə uşaq dünyaya gətirirlər. 17 yaşlı bir qızın dördüncü dəfə doğuş etməsini təsəvvürünüzə gətirirsinizmi?! Belə çıxır ki, o, aktiv cinsi həyat yaşayır, bu kimi hallara diqqət yetirmək lazımdır. Uşağa təcavüz faktına görə isə heç kim məsuliyyət daşımır. Nə təcavüzkar, nə valideyn, nə dini nikah mərasimini keçirən molla, nə küçədə hamilə azyaşlı qızı görən və gözlərini yuman rayon polis işçisi, nə də körpəni dünyaya gətirən həkim... Bu siyahını davam etmək də olar!”, - deyə hüquq müdafiəçisi bildirib.

O, qeyd edib ki, dini nikaha kifayət qədər diqqət yetirilmir, bu mövzu praktik olaraq nəzarətsiz qalır:

“Bu məsələni araşdırmaq üçün idarələrarası işçi qrupu yaratmaq lazımdır. Buraya Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Daxili İşlər, Səhiyyə və Ədliyyə nazirliklərinin nümayəndələri daxil edilməlidir.

Zərərçəkənlər polis tərəfindən müdafiə olunduqlarını hiss etmirlər. Bu səbəbdən də hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Proqramlar qəbul edə, maarifləndirici tədbirlər həyata keçirilə bilər, amma real statistika təəssüf doğurur”.

Son xəbərlər

İsti hava xəbərdarlığı “isti hava” konfransını təxirə saldı

Venesuelada ölənlərin sayı - 1430-a çatdı

Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”

4 ildir sevgili olsalar da, evlənmək istəmir

DÖYÜŞ YOLDAŞLARIM... - Xatirə-oçerk

MƏMMƏD QƏDİR : A Məmməd, rəhmət yenə çöldəki şeytanlara - FOTO

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Çovdar çörəyinin bilinməyən faydaları

Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930