Bakıda biznes adı ilə 3 milyon manata yaxın dələduzluq etməkdə ittiham olunan ortaqlardan biri özünü öldürüb, digəri həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Böyük həcmli cinayət işinin qısa məzmunu ondan ibarətdir ki, 50 yaşlı Zaur Mövlamov biznesmen tanışı Nizami Həsənovla əlbir olaraq iki nəfərin 2 milyon 560 min manat pulunu ələ keçiriblər.

Əsas zərərçəkmiş isə Rasim Aslanovdur. Rasim təqsirləndirilən şəxslərin siqaret biznesinə sərmaya yatırmaq və yüksək gəlir qazanmaq üçün 2 milyon 430 min manat pul qoyub. Digər zərərçəkmiş Musa Əliyev isə eyni niyyətlə 110 min manat pul verib.

Rasimlə Musa sonuncu dəfə aldadılsalar da, əvvəllər bu biznesdən böyük pullar qazanıblar.

Zaur Mövlamovun sözlərinə görə, əvvəllər işləri yaxşı gəlir gətirirmiş. Əsasən Dubaydan ucuz qiymətə aldıqlarını Bakıya gətirərək baha satıblar. Lakin sonradan işlərində problem yaranıb, yatırılan pullar da batıb. Amma Mövlamov özünü tam təqsirli bilməyib, işi aparan əsas adamın Nizami Həsənov olduğunu deyib. O özünü əsasən vasitəçi qismində görüb. Elə cinayət əməlinə görə də birlikdə məsuliyyətə cəlb olunublar, istintaqın ortasında Nizami özünü asaraq intihar edib.

“3-cü gün Nizamiyә zәng etdim, lakin zәng çatmadı. Bir müddәt sonra atası zәng edib Nizaminin özünü asdığını dedi. Bunu eşidəndə şok oldum, dərhal Nizamigilin Bilgәhdәki bağ evinә getdim. Nizaminin yerdә üstü örtülü halda meyitini gördüm”, - Z.Mövlamov deyib.

Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirib ki, yas mərasimindən sonra Nizaminin atası ilə danışıb, mərhum oğlunun borcu olduğunu deyib. Lakin bu da bir nəticə verməyib. Hətta sonradan çox pis vəziyyətə düşüb, 200 manata belə ehtiyacı olub.

Sonradan şikayətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Araşdırma nəticəsində Zaur Mövlamov polis müstəntiqinin vəsatəti əsasında həbs edilib, Nizami barəsindəki cinayət işinə isə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib.

Zərərçəkmiş şəxslər isə indi pullarını Zaurdan tələb edirlər. Onlar məhkəmədə şikayətçi olduqlarını, pullarını geri istədiklərini deyiblər. Əlavə olaraq ağır cəza tələb ediblər.

Hakim Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda təqsirləndirilən şəxsə verilmiş ittihamı sübuta yetirilmiş hesab edib.

Hökmə əsasən, Zaur Mövlamov xüsusilə külli miqarda dələduzluqda təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib. Bundan əlavə, zərərçəkmişlərin mülki iddiaları da təmin olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs vurduğu ziyanı zərərçəkmişlərə geri ödəməlidir.

Son xəbərlər

Sabah Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bir gün yaxşısansa, bir gün xəstəsən - FOTO

Səfərdə bizi daha çətin qarşılaşma gözləyir - Rəşad Sadıqov

Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!

Əl ilə yemək vəhşilik deyil - psixoloqlar bu vərdişin dərin mənasını aşkarladı

Bu içki sağlamlığınız üçün TƏHLÜKƏLİDİR: Kardioloqdan XƏBƏRDARLIQ

ABŞ-li aktrisa Luiza Lasser vəfat etdi

Ecenin ölüm səbəbi məlum oldu

Deniz Baysal boşanır - 7 illik evlilik bitir

Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...

Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH

Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH

Xorvatiya millisinin baş məşqçisi vəzifəsindən ayrıldı

Sabunçuda ər-arvadın meyitləri evdə tapıldı

Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib

Bir qrup diplomata diplomatik rütbələr verilib

TURAN YAZARLAR BİRLİYİNƏ BİR BAXIŞ - FOTO

HHQ və XTQ komandanları təltif olunub

Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır

Xanımı Messini belə təbrik etdi - Fotolar

“Telegraph”: FIFA və UEFA Rusiya komandalarının yarışlara tezliklə buraxılmasını planlaşdırmır

"Gönül dağı"nın aktrisası yeni serialda - FOTO

"Kızılcık şerbeti"nin aktrisası "Altı üstü İstanbul"da - FOTO

Suriya prezidenti Türkiyədədir - Foto

İnsanlar niyə daxili sıxıntılarını süni təbəssüm arxasında gizlədirlər? - Psixoloq AÇIQLADI

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

Azərbaycan və İordaniya viza rejimini ləğv edir

Dövlət Agentliyinin yeni sədr müavini kimdir? - DOSYE

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031