
Xəbərlər
9.05.2026, 01:27
QIZBƏS QƏBƏLƏ : BU YAZ SƏHƏRİ - FOTO
Səhər mürgüsündən tam oyanmamış,
Durub seyr elədim yatmış şəhəri.
Açdı qollarını bir ana kimi,
Doladı boynuma bu yaz səhəri.
İlıq nəfəsiylə oxşadı həmən,
Yorğun gözlərimi, yorğun ruhumu.
Bəlkə də o bildi əzəldən onun,
Məftunu, vurğunu mən olduğumu.
Hələ oyanmayıb quşlar da yəqin,
Bəlkə də şəhərdə mənəm tək oyaq.
Bu yaz səhərini bir nəfəs kimi,
Çəkirəm içimə dəlilər sayaq.
Durub seyr elədim yatmış şəhəri.
Açdı qollarını bir ana kimi,
Doladı boynuma bu yaz səhəri.
İlıq nəfəsiylə oxşadı həmən,
Yorğun gözlərimi, yorğun ruhumu.
Bəlkə də o bildi əzəldən onun,
Məftunu, vurğunu mən olduğumu.
Hələ oyanmayıb quşlar da yəqin,
Bəlkə də şəhərdə mənəm tək oyaq.
Bu yaz səhərini bir nəfəs kimi,
Çəkirəm içimə dəlilər sayaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













