Xəbərlər
29.09.2025, 04:15
Gecənin hüsnünə mən yazım gərək - FOTO
QIZBƏS QƏBƏLƏ,
şairə-publisist
( Gecə saat 3.50 - dir. Yazılarımı bitirdikdən sonra namaz vaxtını gözləmək üçün balkona çıxıb payız gecəsinin əsrarəngizliyini seyr edərkən qəbimdən keçənlər)
şairə-publisist
PAYIZ GECƏSİ
( Gecə saat 3.50 - dir. Yazılarımı bitirdikdən sonra namaz vaxtını gözləmək üçün balkona çıxıb payız gecəsinin əsrarəngizliyini seyr edərkən qəbimdən keçənlər)
Bahar gecəsitək həlim, mehriban,
Sakitdir bu günkü payız gecəsi.
Dinləyib, məst olub elə bil hər yan,
Uyudub aləmi gecə nəğməsi.
Mən axı şairəm, yuxum yox mənim,
Durub seyr edirəm gözəllikləri.
Ruhumu oxşadı bu gün çox mənim,
Payız gecəsinin nazlı ülkəri.
Bütün şəhər yatıb, tək mənəm oyaq,
Duyub, zövq alıram bir xoş payızdan.
O ilham pərimi bax, oyadaraq,
Deyir- Dayanma yaz şair, bu qızdan.
Hər fəsil qəlbimə bir ovqat verir,
Baharı, yayı da mən sevirəm çox.
Çünki o yaşadır, o həyat verir,
Yazın təravəti payız - qışda yox.
Ancaq payızın da xətrinə dəymək,
İnsafdan deyildir anlayır ürək.
Bu şeri payıza həsr eləyərək,
Gecənin hüsnünə mən yazım gərək.
Sakitdir bu günkü payız gecəsi.
Dinləyib, məst olub elə bil hər yan,
Uyudub aləmi gecə nəğməsi.
Mən axı şairəm, yuxum yox mənim,
Durub seyr edirəm gözəllikləri.
Ruhumu oxşadı bu gün çox mənim,
Payız gecəsinin nazlı ülkəri.
Bütün şəhər yatıb, tək mənəm oyaq,
Duyub, zövq alıram bir xoş payızdan.
O ilham pərimi bax, oyadaraq,
Deyir- Dayanma yaz şair, bu qızdan.
Hər fəsil qəlbimə bir ovqat verir,
Baharı, yayı da mən sevirəm çox.
Çünki o yaşadır, o həyat verir,
Yazın təravəti payız - qışda yox.
Ancaq payızın da xətrinə dəymək,
İnsafdan deyildir anlayır ürək.
Bu şeri payıza həsr eləyərək,
Gecənin hüsnünə mən yazım gərək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















