Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir.

Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər.

Əsasən pensiya yaşı, pensiya kapitalı, pensiyanın varisə ötürülməsi kimi məsələlər daha çox müzakirə mövzusuna çevrilsə də, bu istiqamətdə heç bir dəyişiklik müşahidə edilmir. Hazırda Azərbaycanda pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65 təşkil edir.
Rusiyada kişilər 65, qadınlar 60 yaş, Ermənistanda kişilər və qadınlar 63 yaş, Qazaxıstanda kişilər 63, qadınlar 61, Belarus, Qırğızıstan və Tacikistanda kişilər 63, qadınlar 58 yaş, Türkmənistanda kişilər 62, qadınlar 57, Özbəkistanda isə kişilər 60 , qadınlar 55 yaşda pensiyaya çıxırlar.

Azərbaycanda hazırkı pensiya yaşını əsasən orta ömür uzunluğu ilə əlaqələndirirlər. Son rəsmi məlumatlara görə, ölkədə gözlənilən orta ömür uzunluğu təqribən 74,6 - 76,9 il arasındadır. Son 14 ildə bu göstərici 70-dən 74-ə yüksəlib. Yəni bu, rəsmi rəqəmlərdə belədir.

Əslində isə son illər insanların orta ömür uzunluğunun daha qısa olduğu müşahidə edilir ki, bu da insanların daha az müddətdə pensiya aldığını göstərir. Əgər 1990-cı ildə 65-69 yaş arasında 3241 nəfər vəfat edibsə, 2024-cü ildə həmin yaşlarda 8471 nəfər vəfat edib. Statistikadan göründüyü kimi, 8 mindən artıq vətəndaş cəmi bir neçə ay və ya il pensiya ala bilib.

Pensiya yaşının artırılmasının uzunömürlülüklə əlaqələndirilməsi nə dərəcədə doğrudur? Digər tərəfdən, bir sıra ölkələrdə vətəndaşlar pensiyaya çıxmaqda maraqlı olduğu halda, ölkəmizdə pensiya yaşının artırılmasına baxmayaraq, vətəndaşlar çalışmaqda niyə maraqlıdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət"ə 2017-ci ildə "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişiklik nəticəsində Azərbaycanda pensiya sistemi və onun əlçatanlığı, təşviqediciliyi əhəmiyyətli dərəcədə zəiflədiyi bildirib.
"Nəticədə pensiyaçıların sayında ciddi azalmalar baş verir. Belə ki, təxminən ötən 9-10 il ərzində 1 milyon 330 min nəfərdən 1 milyon 100 min nəfərə qədər azaldı.
Eyni zamanda, pensiya hüququnun əldə edilməsi ilə bağlı ortaya qoyulan mexanizmlər, minimum pensiya kapitalı, minimum sığorta stajı tələbləri, mövcud əmək bazarı, iqtisadiyyat və eləcə də bu konyunkturada formalaşan faktorlarla uzlaşmır.
Təbii ki, həmin dövrdə pensiya sisteminə dəyişikliklərdə əsas məqsəd əmək pensiyaları sistemində xərclər və gəlirlərin optimallaşdırılması istiqamətində müəyyən bir nəticə əldə etmək idi.
Çünki dövlət büdcəsindən transfer hesabına Dövlət Sosial Müdafiə Fondunun xərcləri əhəmiyyətli səviyyədə ödənirdi. Burada problem əslində əmək bazarı və iqtisadiyyatdan qaynaqlanır.
Belə ki, əmək bazarının zəif olması, qeyri-formal əmək bazarının geniş yayılması, mövcud pensiya sisteminin gəlirlərinin az olmasını şərtləndirdiyi halda fokuslanma daha çox xərcləri optimallaşdırmaq və beləliklə pensiya əlçatanlığını azaltmaq istiqamətində yönəldi.
Bu yollardan biri də pensiya yaşının artırılmasıdır ki, buna gedildi. Ümumiyyətlə, dünya təcrübəsində demoqrafik strukturun dəyişməsi, əhalinin təbii artım sürətinin aşağı düşməsi, orta ömrün artması, əmək bazarında şərtlərin dəyişməsi, fiziki əməyə tələbin aşağı düşməsi, zehni əməyin daha önə çıxması və digər faktorlar nəticəsində mərhələli şəkildə pensiya yaşının artması ilə bağlı prosesi görürük.
Ancaq eyni zamanda məsələ ondan ibarətdir ki, dünya ortalamasında pensiya yaşı ilə orta ömür yaşı arasında təxminən 14-14,5 il vardı. Azərbaycanda isə bu, ən yaxşı halda 9 ildir. Yəni dünya ortalamasından belə aşağıdır. İnkişaf etmiş ölkələrin təcrübələrində, hətta orta ömürlə pensiya yaşı arasında 20-22 ilə qədər fərq yaranır ki, Azərbaycanda bu göstərici aşağıdır".
Bu, onu deməyə əsas verir ki, pensiya yaşının 65 yaşa çatdırılması doğru yanaşma deyildi. Təxminən Azərbaycanda bu göstəricinin mövcud şərtlər daxilində 60-63 yaş arasında dəyişsə, daha doğru olardı".
İnsanların pensiyaya çıxmaq istəməməsi məsələsinə gəldikdə isə iqtisadçının fikrincə, bu doğru deyil:
"Dünyanın hər yerində zehni əməklə məşğul olan, daha yüksək gəlirli sahələrdə fəaliyyət göstərən sosial qrupların pensiyaya çıxmaqla bağlı müəyyən tərəddüdləri olur. Eyni zamanda, bir sıra fəaliyyət sahələri var ki, onlarda insanlar, ümumiyyətlə, pensiyaya çıxmırlar.
Məsələn, yaradıcılıq, yazıçılıq, sənətkarlıq, akademik, səhiyyə xidmətləri ilə bağlı fəaliyyətlər 10 illərlə formalaşmış təcrübənin birdən-birə kəsilib atılması ilə hətta iqtisadiyyata, sosial sistemə də ciddi zərərlər formalaşdırır ki, bu olmur.
Digər tərəfdən, bəzi insanlar var ki, həqiqətən də təbiət, xüsusiyyət olaraq işləməyə meyillidirlər. Onlar passiv həyat tərzini xoşlamırlar. Burada müxtəlif faktorlar var. Azərbaycanda da bir sıra hallarda vətəndaşlar pensiyaya çıxdıqdan sonra 300-500 manat pensiya alacaqlar.
Ancaq işlədikləri yerdə 1500 manat əməkhaqqı alırlarsa, mümkün qədər bundan çəkinməyə çalışırlar. Bu seçimləri etməkdə tərəddüd edirlər ki, bu da təbiidir.
Azərbaycanda pensiya təminatı sisteminin zəifliyi, pensiya məbləğinin aşağı olması bu istiqamətdə insanları daha çətin seçim qarşısında qoyur.
Məsələn, 40 il müəllim işləmiş şəxs 300-330 manatla pensiya hüququ əldə edirsə, təbii ki, bu onun vəziyyətlə razılaşmasında müəyyən bir çətinliklərin olmasının səbəblərindən biridir".

Son xəbərlər

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31