Özbəkistanın paytaxtı Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu başlayıb.

“Qafqazinfo” xəbər verir ki, müxtəlif ölkələrdən yüksək səviyyəli rəhbər şəxslərin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı dövlət qurumları və iş adamlarından ibarət nümayəndə heyəti təmsil edir.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan İtaliya və Mərkəzi Asiya ölkələri ilə bir çox sahələrdə səmərəli əməkdaşlıq edir. Nazir aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.

Nazir əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir: “Azərbaycan hökuməti iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı-ərzaq sistemlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırır. Bu investisiyaların əhəmiyyətli bir hissəsi rəqəmsallaşdırmaya, iqlimə uyğun və ağıllı kənd təsərrüfatına yönəldilib. Dövlət dəstək mexanizmlərimiz müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş innovasiya tərəfdaşlıqlarını daha da təşviq edir. Bundan əlavə, yaşıl enerji zonaları elan edilmiş Azərbaycanın işğaldan azad edilmiş əraziləri "ağıllı şəhərlər" və "ağıllı kəndlər" konsepsiyalarına uyğun olaraq yenidən qurulur və iqlimə uyğun kənd təsərrüfatı siyasəti bu inkişafının ayrılmaz hissəsini təşkil edir”.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və mövcud nəqliyyat infrastrukturu, azad iqtisadi zonalar və əlverişli investisiya mühitindən istifadə edilməklə aqrar sahədə əlaqələr daha da inkişaf etdirilə bilər. Forumda çıxış edən natiqlər Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatı sistemlərinin mövcud vəziyyəti, biomüxtəlifliyin qorunması, dayanıqlı kənd təsərrüfatı istehsal sistemlərinə keçid üçün bacarıqların inkişaf etdirilməsi, sabit ərzaq təchizatı, torpaq və su idarəçiliyi, ekosistemin qorunması, inklüziv aqro-ərzaq siyasətləri, rəqəmsal həll və texnologiyaların tətbiqinin genişləndirilməsi, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi, kənd təsərrüfatına dayanıqlı investisiya barədə fikirlərini bölüşüb, mövzu ətrafında müzakirələr aparıblar.

Forum çərçivəsində sahibkarlara praktiki əməkdaşlığın perspektivli istiqamətlərini birbaşa müzakirə etməyə imkan verən B2B görüşlər keçirilib. Tədbir davamlı işgüzar əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalı layihələrin təşviqinə yönəlib.









Son xəbərlər

Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir

Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib

İNSANLARA GÖRMƏK SEVINCI BƏXŞ EDƏN ZƏRIFƏ XANIM - FOTO

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib

Prezident bir qrup sahibkarı təltif edib

"Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir" - Deputat

Uzunömürlü insanların övladlarında ürək-damar xəstəlikləri riski niyə azdır? - Elmi araşdırma

Çiyələk və alça bu il baha ola bilər - Səbəb

Qazaxıstanda süni intellekt insultdan ölüm hallarını azaldır

5 mindən çox şagird intizam tədbirinə cəlb olunub

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin tarixi açıqlanıb

“Maykl”dan 217 milyon dollarlıq - Kassa rekordu

"QOŞMA" ƏDƏBİ MƏCLİSİ HÜSEYN SÖZLÜ İLƏ - FOTOLAR

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb

Tapdıq Əlibəyli - 65 ONUN BÖYÜK ÜRƏYİ - FOTO

DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR

OXUCUNU POETİK SÖZÜN CAZİBƏSİNƏ SALAN ŞAİR - FOTO

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930