İnam Kərimov: Azərbaycan kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir
Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biri olan 14-cü Berlin Kənd Təsərrüfatı Nazirləri Konfransı öz işinə başlayıb. Kənd təsərrüfatı nazirlərinin görüş platforması sayılan bu mötəbər beynəlxalq tədbirdə 64-dən çox ölkənin rəsmiləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edib. Azərbaycanı bu beynəlxalq tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov təmsil edir.

Turaztv.az xəbər verir Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 24-28 tarixlərini əhatə edən Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum “Torpaqdan davamlı istifadə: Ərzaq təhlükəsizliyi torpaqdan başlayır” şüarı altında keçirilib.

Konfransın “Məhdud torpaq ehtiyatları” mövzusuna həsr edilmiş panel müzakirəsində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, torpaq və su sürətlə artan dünya əhalisinin ərzağa olan tələbatının ödənilməsi üçün həyati əhəmiyyət kəsb edir. Lakin bu resurslar məhduddur və azalır. Qeyd olunub ki, son 19 ildə bütün dünyada kənd təsərrüfatı təyinatlı torpaqların sahəsinin 3 faiz azalmasına baxmayaraq bu müddətdə məhsul istehsalı 53 faiz çoxalıb.

Ərzağa olan tələbatın ödənilməsi üçün məhsuldarlığın artırılması torpağa təzyiqləri artırır. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, hazırda qlobal ərzaq sistemi iqlim dəyişikliyindən də əziyyət çəkir. Yeni texnologiyalar və rəqəmsal həllərin tətbiqi iqlim dəyişikliklərinin təsirlərini minimuma endirməyə, torpaq və su resurslarından davamlı və düzgün istifadəyə imkan verir. Belə ki, innovativ tədqiqatlara əsaslanan rəqəmsallaşmış kənd təsərrüfatı məhdud resurslardan səmərəli istifadəni təmin edir.

İnam Kərimov qeyd edib ki, hazırda Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycanda torpaq və su resurslarından düzgün və səmərəli istifadə, yeni suvarma texnologiyalarının geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri həyata keçirilir. Nazir əlavə edib ki, qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir və istənilən səmərəli tərəfdaşlığa açıqdır.

Konfransda ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı zəncirinin qurulması, bu istiqamətlərdə qlobal əməkdaşlığın əhəmiyyəti əsas müzakirə mövzularından olub. Tədbir iştirakçıları aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Konfransın yekun bəyannaməsində torpaqların və su resurslarının mühafizəsi, təbii resurslardan səmərəli istifadə üzrə müxtəlif istiqamətlərdə kollektiv fəaliyyətin təşkili və səylərin gücləndirilməsi ilə bağlı çağırışlar öz əksini tapır. Bu çağırışlar qlobal istiləşmənin qarşısının alınması, torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə, gübrələrdən düzgün istifadənin təşviqi və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində birgə fəaliyyəti təmin etməkdən ibarətdir.
İnam Kərimov: Azərbaycan kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir

Son xəbərlər

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31