
Xəbərlər
19.08.2026, 09:11
UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi "Hapoel"lə (Beer-Şeva) üz-üzə gələcək.
Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









