Kriminal aləmdə "Rufo Gəncinski" kimi tanınan "qanuni oğru" Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, Rufo Rusiyadan birdəfəlik çıxarıldıqdan və ölkəyə ömürlük girişinə qadağa qoyulduqdan sonra Dubayda məskunlaşıb. Həmin vaxt onun əsas rəqibi, "qanuni oğru" Namiq Səlifov da Dubayda yaşayırdı. Onların uzun müddət bir-birini aradan götürməyə çalışdığı, BƏƏ-də isə yenidən adam toplamağa və qarşıdurmaya hazırlaşmağa başladıqları bildirilir.

Dubay hüquq-mühafizə orqanları bundan xəbər tutub. Namiq əməliyyatdan əvvəl qaça bilib, Rufo və hər iki tərəfdən təxminən 40 nəfər isə saxlanılıb. Onların hamısına BƏƏ-ni tərk etmək və bir daha ölkəyə qayıtmamaq tapşırılıb. Bundan sonra Tağıyev Çinə gedib.

Lakin bir müddət sonra onun Çində yaşamaqdan bezdiyi və Monteneqroya köçdüyü bildirilir. Burada o, digər "qanuni oğru"larla üzbəüz görüşmək imkanı əldə edib. Belə görüşlərdən biri təxminən iki ay əvvəl baş tutub.

Məlumata görə, Rufo restorandan çıxarkən ona yaxınlaşan killer iki dəfə atəş açmağa cəhd edib, lakin hər iki dəfə silah açılmayıb. Bundan sonra yerli sakinlər qeyri-adi mənzərənin şahidi olublar: killer qaçıb, Rufo və silahsız mühafizəçiləri isə onun ardınca düşüblər. Tərəflər qaçarkən bir-birini söyüb və yaxın qohumlarının adlarını çəkərək təhqirlər səsləndiriblər.

Killer, Tağıyev və onun adamlarından qaça bilsə də, Monteneqro polisi tərəfindən qısa müddət sonra saxlanılıb. Rufo isə yenidən risk etməmək qərarına gəlib və ölkəni tərk edib. İlkin məlumatlara görə, o, yenidən Çinə qayıdıb.

Qeyd olunur ki, uzunmüddətli səfərlər Tağıyevin maliyyə vəziyyətinə də təsir göstərib. Üstəlik, əsas gəlirlərinin gəldiyi Moskvada onun təsirinin zəifləməyə başladığı və bunun qazancını azaltdığı iddia olunur. Buna görə də Rufo özünü yenidən xatırlatmaq üçün səs-küylü addımlar atmağa qərar verib.

Avqustun 7-də Moskvanın Marfino rayonunda "Auchan" mağazasının qarşısında Rufonun adamları onun təsirini "unutmağa" başlayan şəxslərlə və onların yeni himayədarı ilə qarşıdurmaya giriblər. Danışıqlar baş tutmadığı üçün mübahisə əlbəyaxa dava, atışma və avtomobil təqibi ilə nəticələnib. Hadisədən sonra Rufonun adamlarından yalnız Əlixan Yandiyevin saxlanıldığı bildirilir.

Avqustun 12-də Moskvada yenidən atəş səsləri eşidilib. "Lotto Plaza"da yerləşən "Levantine" restoranının yaxınlığında silahlı şəxslər restoranın şəriki Şaiq Süleymanovun avtomobilinə atəş açıblar.

Məlumata görə, bundan az əvvəl Süleymanov Rufonun nümayəndələri ilə görüşüb. Onlar iş adamından "obşak"a (kriminal aləmin ümumi fonduna) pul ödəməsini tələb ediblər. Süleymanovun bundan imtina etdiyi, bundan sonra isə avtomobilinə atəş açıldığı iddia edilir.

Qeyd olunur ki, bu atışmalar Rufonun işini asanlaşdırır. Belə ki, bundan sonra Çindən edilən bir telefon zəngi belə biznesmen və tacirlərin "ümumi fond"a pul ödəməyə başlaması üçün kifayət edir.

Son xəbərlər

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31