Kənd təsərrüfatı naziri Yevlaxda fermer təsərrüfatlarına baş çəkib - FOTOLAR
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlaxda intensiv meyvə bağlarına, tingçilik, heyvandalıq təsərrüfatlarına, soğan və pambıq əkin sahələrinə baş çəkib, fermerlərlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir əvvəlcə rayonun Nemətabad kəndində fermer Abbasqulu Quliyevin pambıq əkini sahəsi ilə tanış olub. Pambıqçılığın gəlirli sahə olduğunu deyən fermer 11 ha sahədə pambıq əkini aparıldığını diqqətə çatdırıb. Açıq səma altında keçirilən görüşdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirləri istiqamətində atılan addımlar müzakirə olunub. Bildirilib ki, pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri bu sahəyə marağın yüksəlməsinə, fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

Görüşlərdə sahələrə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərindən istifadə imkanları, xəstəlik və zərərvericilərə qarşı mübarizədə tətbiq olunan dərmanların keyfiyyəti, bitki mühafizə tədbirləri və digər mövzularda fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti fermer Abbasqulu Quliyevə məxsus 400 baş xırdabuynuzlu heyvanın saxlandığı heyvandarlıq təsərrüfatında olub, heyvanların saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb.

Nazir Məcnun Məmmədov Aran qəsəbəsində yerləşən intensiv meyvə və tingçilik təsərrüfatına baş çəkib, fermerlərlə intensiv bağların genişləndirilməsi, tingçilik sahəsinin inkişafı ilə bağlı müzakirələr aparıb.

Nümayəndə heyəti intensiv üsulla əkilmiş soğan sahəsində olub, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları bildirib ki, məhsuldar toxumların səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Fermerlər məhsulların daşınması və ixracı ilə bağlı çətinliklərin olmadığını, bu il soğan ixracından daha çox gəlir əldə edəcəklərini bildiriblər.

Daha sonra Qoyunbinəsi kəndində camışçılıq təsərrüfatına baxış keçirilib, fermerlə bu sahənin inkişafı ilə bağlı söhbətlər aparılıb.

Görüşlərdə fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib, kənd təsərrüfatı məhsul istehsalçıları dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930