
Xəbərlər
22.03.2026, 00:15
PÜSTƏ RƏVAN : SÖZÜM SÖZ OLSUN - FOTO
Baxanda zülmətə, qəhərlə doldum,
Qayatək bərkiyib yenilməz oldum.
Günün şəfəqindən, təbəssüm aldım,
Düzülən misraya, sözüm söz olsun.
Xəyanətə kinim, çox hiddətim var,
Tufan qopan kimi, bərk şiddətim var.
İlhamlı anlarım, bir müddətim var,
Düşəndə xəzana, könül yaz olsun,
Düzülən misraya, sözüm söz olsun.
Duyğularım kövrək, ürəyim həlim,
Sözün qüdrətindən özümə gəlim.
Həzin-həzin şeir söyləsin dilim,
Ahəstə çalınan telli saz olsun.
Düzülən misraya, sözüm söz olsun.
Küsənlər sözümlə barışa bilsin,
Gözlərindən həsrət qovuşa bilsin.
Verərək əl-ələ, qovuşa bilsin,
Sevgidən oxunan,xoş avaz olsun,
Düzülən misraya sözüm söz olsun.
Ulu,ülvi sözün,ülvi gücü var,
Hər söz neçə rəngdə bir çələng olar.
Tanrı rizasıyla qəlbimə dolar,
Qanad alıb sözdən,ruh pərvaz olsun,
Düzülən misraya,sözüm söz olsun.
Təbəssüm üzümdə, qəlbimdə közlər,
Çiçək kimi zərif şehlidir sözlər.
Püstə söz mülkündə özünü gözlər,
Yaşaram əbədi,ömür az olsun,
Düzülən misraya,sözüm söz olsun.
Qayatək bərkiyib yenilməz oldum.
Günün şəfəqindən, təbəssüm aldım,
Düzülən misraya, sözüm söz olsun.
Xəyanətə kinim, çox hiddətim var,
Tufan qopan kimi, bərk şiddətim var.
İlhamlı anlarım, bir müddətim var,
Düşəndə xəzana, könül yaz olsun,
Düzülən misraya, sözüm söz olsun.
Duyğularım kövrək, ürəyim həlim,
Sözün qüdrətindən özümə gəlim.
Həzin-həzin şeir söyləsin dilim,
Ahəstə çalınan telli saz olsun.
Düzülən misraya, sözüm söz olsun.
Küsənlər sözümlə barışa bilsin,
Gözlərindən həsrət qovuşa bilsin.
Verərək əl-ələ, qovuşa bilsin,
Sevgidən oxunan,xoş avaz olsun,
Düzülən misraya sözüm söz olsun.
Ulu,ülvi sözün,ülvi gücü var,
Hər söz neçə rəngdə bir çələng olar.
Tanrı rizasıyla qəlbimə dolar,
Qanad alıb sözdən,ruh pərvaz olsun,
Düzülən misraya,sözüm söz olsun.
Təbəssüm üzümdə, qəlbimdə közlər,
Çiçək kimi zərif şehlidir sözlər.
Püstə söz mülkündə özünü gözlər,
Yaşaram əbədi,ömür az olsun,
Düzülən misraya,sözüm söz olsun.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












