Çin ilə Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlıq ikitərəfli münasibətlərin yüksələn səviyyəsi fonunda sabit artım nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey cümə günü keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, ötən il Çin ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 30,2% artaraq 4,87 milyard dollara çatıb və ardıcıl üçüncü il üçün yeni rekord qırıb. 2026-cı ilin yanvar ayında iki ölkə arasında ticarət dövriyyəsi 420 milyon dollara çatıb və Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib.

Lu Mey ticarət həcmlərinin sürətli artımı ilə yanaşı, praktik əməkdaşlığın keyfiyyətinin də əhəmiyyətli dərəcədə yaxşılaşdığını vurğulayıb. Çin şirkətləri Azərbaycanda bərpaolunan enerji, avtomobil istehsalı, informasiya və kommunikasiya texnologiyaları, tikinti materialları istehsalı sahələrində layihələri fəal şəkildə həyata keçirirlər.

Onun sözlərinə görə, Çin və Azərbaycan, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksəkkeyfiyyətli əməkdaşlığı fəal şəkildə təşviq edir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) qlobal istehsal və logistika zəncirlərinin sabitliyinin qorunmasında mühüm rol oynayır.

Səfir xatırladıb ki, bu il yanvarın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Çin şirkəti tərəfindən inşa edilən “Xızı-Abşeron” külək elektrik stansiyasının açılış mərasimində iştirak edib. Bu, Cənubi Qafqaz regionunda ən böyük külək enerjisi layihəsidir. Onun 300 mindən çox ailəni elektrik enerjisi ilə təmin etməsi və karbon qazı tullantılarını ildə 400 min ton azaltması gözlənilir.

Lu Meyin sözlərinə görə, Çin yüksəktexnologiyalı istehsal, süni intellekt, informasiya texnologiyaları və infrastruktur kimi sahələrdə qabaqcıl nailiyyətləri bölüşmək yolu ilə Azərbaycan ilə praktik əməkdaşlığı daha da genişləndirməyə hazırdır. Pekin Çin bazarına daha çox yüksəkkeyfiyyətli Azərbaycan mallarının daxil olmasını alqışlayır.

Səfir, həmçinin Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, azərbaycanlılara sülh, firavanlıq və iki ölkə arasında dostluğun davamlı olaraq möhkəmlənməsini arzulayıb.

Son xəbərlər

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031