Şairlər fəxr edir adınla hər an,
Könül havasından enməz, Münasib.
Kim olar sirdaşı darda, dumanda,
Sənsiz fərəhlənib, gülməz, Münasib.

İnsan daim taleyini axtarır, onu tapmağa çalışır, bu axtarışda ən böyük silah isə mübarizədir. Münasib Şahalı oğlu Şahaliyev elə uşaq vaxtlarından hər şeyi özü əldə etməyi qət edib, başqalarının köməyi olmadan. Bu günkü günündə valideynlərinin, müəllimlərinin köməyi olsa da, mübarizliyi əsas rol oynayıb.
Münasibin nəsl şəcərəsi dağlara söykənən, dağlıq ərazilərdə məskunlaşan İsmayıllı rayonunun Nanıc kəndindəndir. Bu yurdun adamları qayğısı, sadəliyi və səxavətləri ilə tanınır. Belə xoş məramlı, yaddaqalan, söz-söhbəti ilə maraq doğuran insanlardan idi Şahalı Eyvazalı oğlu Şahaliyev (Allah rəhmət eləsin) Münasib bu çox uşaqlı ailədə dünyaya göz açmışdır. Bu nəsl şəcərəsi çox zəhmətkeş bir ailədir. Ailənin böyüyü Şahalı kişi özünəməxsus hörməti, yeri və nüfuzu olan vətəndaş idi. Ailənin ağbirçəyi Vəsiqə xanımla 12 övlad dünyaya gətirmişdilər. Vəsiqə xanım xanımlar xanımı, analar, anasıdır bu gün. Böyük hörmət sahibidir. O, balalarını və nəvələrini çox istəyən ana və nənədir. Odur ki, bu gün övladlarının hamısı-Nurəddin, Rəhimə, Şərqiyyə, Münasib, Nəsrəddin(2000-ciil May ayının 1-də avtomobil qəzası nəticəsində dünyasını dəyişib) , Səmayyə, Hilal, Səyyarə, Yaqub, Mahirə, Sədrəddin və Sülhiyyə torpağa bağlı, dövlətə sədaqətlidirlər. Hər biri dərin biliyə, zəngin məlumata və tarixi yaddaşa malikdirlər. Hərəsi bir ev, bir ocadırlar. Hər biri xoşbəxt, sevilən insanlardır.


Bu barədə böyük bir kitab bağlamaq olar, amma bu gün Münasib haqqında danışacaq, onun ad gününü təbrik edəcəyik. Münasib Şahalı oğlu Şahaliyevin müsbət kefiyətlərə malik xüsusiyyətləri çoxdur. Birinci növbədə nümunəvi ailə başçısıdır, yaxşı ata, qayğıkeş babadlr. Sözündə bütövlük, etibarlıq konkretlik var. O, çalışdığı bütün sahələrdə həmişə hamıya nümunə olub. Böyük hörmət qazanıb. Kənd təsərrüfatı işçisi olmasına baxmayaraq Münasib qurub yaratmaq işi ilə daha çox bağlı olub. İsmayıllımızda yüzlərlə insana isti ocaq, ev tikib. O, keyfiyyətli, səliqəli və sürətli iş görəndir. Bu gün səhəti ilə əlaqədar bu sevimli işini görə bilmir, ona görə də kiçik sahibkarlıqla məşğul olur. Oğlu Elvinlə birlikdə çalışır. Sadə davranışı, mehriban xasiyyəti ilə diqqəti cəlb edir. O, hamı ilə xoş və səmimi rəftar edir.

Münasib ədəbiyyatımızı, dilimizi çox sevir. Son vaxtlar bir qiraətçi kimi sosial şəbəkədə fəal iştirak edir. Şairlərimizin şeirlərindən nümunələr səsləndirir. Şirin səsə və həssas avaza malikdir. Poeziya həvəskarıdır.
Hər zaman səsləndir sən şeirləri,
Amandı, hünəri unutma ancaq.
Bircə səsləndirək gözəl sözləri,
Qoy olsun eşqimi sönməz, Münasib.

Münasib ailəcanlı, qohumcanlıdır. Hər kəsin işinə yaramağa çalışır.
Yerdən ayrılmayıb göyə uçmasan,
Səninlə aləmə şəfıq saçmasan.
Ensiz cığırları geniş açmasan,
Yar da qədəm qoyub gəlməz, Münasib.

Əzizimiz, istəklimiz, xarakteri, xüsusiyyəti, sədaqəti ilə çoxundan zirvədə duran Münasibin ömür yolu 10 mart 2026-cı il tarixində 60-ı tamam edir. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edir, uğurlar arzulayıram!
Həvəssiz yanaşma bar verən bağa,
Vurğun ol, məftun ol yaşıl yarpağa.
Sarıl qollarınla ana torpağa,
Yoxsa nemətini verməz, Münasib.

Gözəl qiraətçi olsan əgər sən,
Doğma vətəninə nur çiləyərsən.
Köçəndə dünyadan məmnun köçərsən,
Olarsan əbədi, ölməz, Münasib.

Münasib qardaş! Bir daha təbrik edirəm, üç rəqəmli sağlam ömür arzulayıram, yubley yaşınız mübarək!
Altmış ilə çatdı ömür,
Hərə bir cür bəhrə görür.
Gah yıxılır, gah da durur,
Mübarək deyək yaşına,
Gül-çiçək səpək başına!..

Son xəbərlər

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031