
Xəbərlər
3.08.2025, 23:40
HACIMƏMMƏD MƏMMƏDOV : XEYİRXAHLIĞI,DOSTLUĞU BÖYÜK OLAN İNSAN,SEVİLƏN ZİYALI - FOTOLAR
İsmayıllıda onu tanıyanlar çoxdur.
Onun gördüyü işlərdən çoxusu ürəkdolusu danışır. Zarat kəndində dünyaya göz açan Əhmədovlar qardaşları, nəsl şəcərəsi el-obaya, camaata yaxşılıq, köməklik etməyə çalışırlar.
Aqil o insandır ki, özündən sonra iz qoyub gedir. Ötərxan kişi də ( Allah rəhmət etsin) zaman keçsə də, heç vaxt unudulmayacaq. Çünki həmişə xeyirxah işlər görmüş, çətinlik çəkənlərə köməklik etmişlər. Bəli, belələri ilə yalnız ailəsi yox, qapı qonşuşu, el-obası da fəxr edir. Bu cür xeyirxah adamlar təbii ki, bu gün də var, sabah da olacaq.
Rəfail Ötərxan oğlu Əhmədov belə bir nəsl şəcərəsinin üzvüdür. Ali təhsilli iqtisadçı, maliyyə işçisidir.
Rəfail Əhmədov iki dövrün-həm sovet dövrünün, həm də bu günümüzün yaxşı cəhətlərini görüb, götürüb. Onu yüksək ziyalılıq dərəcəsi daxili zənginliyinin dərinliyi bir nümunədir. Onda diqqət çəkən cəhətlər çoxdur. Məsuliyyətli, ailəcanlıdır. İşlədiyi bütün sahələrdə işinə ürəkdən bağlı olub.
Rəfail Əhmədov prinsipial, haqqı-ədaləti müdafiə edən, həmişə xalq və yaxşı insanlarla oturub-durmağı xoşlayan insandır. O, bir müddət Beynəlxalq Bankın müdiri, İsmayıllı Bələdiyyəsinin üzvü və RİH-nin birinci müavini vəzifələrini icra edib. Harada çalışıbsa orada möhkəm intizam və qayda-qanun yaratmışdır. Rəfail müəllim bacarıqlı işçi, həm də sədaqətli dostdur. Onun xeyirxahlığı və dostluğu da böyükdür. Hamı onun haqqında xoş sözlər deyir.
Rəfail Əhmədov qohumsevən, ailəcanli, möhkəm əqidəli eloğludur. İki oğul övladı var. Ailəlidirlər. Rəfail sevimli ata, qayğıkeş babadır. Həmişə övlad qayğısı ilə yaşayır. Belə insanlar həyatda xoşbəxtdirlər. Biz də Rəfail müəllimə xoş günlər arzulayırıq.
Sənə nəsib olsun sevinc,səadət,
Yaxşı dostların var-Ramiz,Şahməmməd.
Edirəm Tanrıya hər gün ibadət:
Səksən il,doxsan il yaşa,Rəfail!
Yaxşı dostların var-Ramiz,Şahməmməd.
Edirəm Tanrıya hər gün ibadət:
Səksən il,doxsan il yaşa,Rəfail!
Yeni yaşınız mübarək, yüz yaşayasınız əzizlərinizlə birlikdə, var olasınız, gözəl günlər nəsibiniz olsun! Allah qorusun Sizi, təbrik edirəm, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayıram!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














