Xəbərlər
28.02.2026, 19:25
Natella Nur : O tay əl eyləyir, bu tay sızlayır - FOTO
Təbriz üstə şərin küləyi əsir,
Qara bulud qaş- qabaqlı gəzişir.
Bacı- qardaşlarım gör nələr çəkir...
O tay əl eyləyir, bu tay sızlayır.
Dərdli millət köməyinə çağırır,
İmdad edir, tək Allahı çağırır.
Yaradan mat qalır şah əsərinə,
İnsanlar əl çalır şeytan əmrinə.
Nədən insanların gözü doymayır,
Hikkəsi oynayır, içi soymayır.
Başçılar banklara pullar yatırır,
Yatanları aciz bilib otarır...
Nə yardım eyləyir, nə haqqın verir,
Danışan kəslərə zülüm yedirir.
Torpağın üstündə gedən davalar,
Torpağın altında ona çatarlar...
28. 02. 2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

