
Xəbərlər
14.07.2020, 23:31
SON DƏQİQƏ:Operativ Qərargah məlumat yaydı-TƏCİLİ
Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 644 nəfərdir.
Ötən müddət ərzində 584 min 466 test aparılıb. Bugünkü test sayı isə 8 217-dir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













