
Xəbərlər / Nesr
14.07.2020, 15:00
LAÇIN HƏSRƏTİ
Yazdı- qışdı gəlib keçir ömürdən.
Hardan alım dağları mən, gülü mən.
Şiş dumanlı yaylaqlarım necə oldu?
Gül-çiçəkli çəmənlərim necə oldu?
Şaqqıldayan bulaqlarım –
Sıx meşəli,dərələrim necə oldu?
Ürəyim sızlayır, qəlbim ağlayır,
Harda qaldı, babaların yurdları?
Harda qaldı, el-obanın şənliyi.
Harda qaldı, qız-gəlinin səs-küyü.
Harda qaldı qəbirləri-
Anaların-Babaların,Ay Allah?
Söylə qəlbim necə dözüm, bu dərdə,
Anamın qəbrini tapdayır düşmən.
Dərd gəlir hər zaman dərdimin üstə.
Bu qisası necə qoyum yerdə mən…
Laçınım gözləyir hər zaman bizi,
Nə vaxtsa qayıdıb gələcəyik biz.
Düşmənin başını topla,tüfənglə,
Kökündən qoparıb əzəcəyik biz.
Gözləyirik əmrini Baş Komandanın,
Mənim Qarabağım, mənim Laçınım.
Əsirlikdə olan bacı-qardaşım,
Düşməndən qisası alacağıq biz.
Quliyev Tariyel Dolxan oğlu.
1957-ci il…
Laçın rayonu Qışlaq kəndi
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













