Xəbərlər
3.02.2026, 19:15
QIZBƏS QƏBƏLƏ : EYNŞTEYN VƏ EPŞTEYN - FOTO
Bənzərdir adları biri - birinə,
Biri dahi insan, birisə qatil.
Biri xidmət edib dünya elminə,
Biri insanlığa qənim elə bil.
Birinin zəkası örnək dünyaya,
Adı qürurudur bəşəriyyətin.
Onun xidmətləri gəlməyir saya,
Bir də belə dahi doğular çətin.
Biri cahil gəlib dünyaya sanki,
Qara əməllərlə ad qazanıbdır.
O elə qorxulu, qorxunc canlı ki,
Əliylə neçə ömür qaralanlbdır.
Sən necə qəribə, sirrlisən insan,
Necə yaradıbdır yaradan səni ?
Dağıdan da sənsən, quran da sənsən.
Bu sual yorubdur nə vaxtdır məni.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




