Türkiyənin İğdır şəhərinin Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, İğdır Azərbaycan Dili, Tarixi və Mədəniyyəti Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin (İğdır Azərbaycan Evi) təşəbbüsü ilə təşkil olunan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar çıxışında bildirib ki, 1990-cı ilin Yanvar hadisələri Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olub, suverenlik uğrunda mübarizənin rəmzinə çevrilib.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev Qanlı Yanvar hadisələrini xalqımızın müstəqillik uğrunda qəti və dönməz iradəsinin nümayişi adlandırıb.

Diplomat qeyd edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz edən, azadlıq və müstəqillik idealları ilə küçələrə çıxan dinc əhaliyə qarşı ağır cinayət törədilib.

Onun sözlərinə görə, şəhidlərin müqəddəs qanı ilə yazılan bu səhifə Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsinin əbədi simvoluna çevrilib. “Həmin dövrdə qardaş Türkiyədə, xüsusən də İğdırda xalq "Bir millət, iki dövlət" anlayışı ilə küçələrə çıxaraq Azərbaycana dəstək nümayiş etdirib”,- deyə diplomat vurğulayıb.

Anım tədbiri tanınmış alim Sözer Akyıldırımın moderatorluğu ilə təşkil olunan panel müzakirələri ilə davam edib.

Son xəbərlər

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031