Şair-publisist Xaləddin Rəhimovun essesinin mənə yaşatdıqları.


Bəzən elə olub ki, saatlarla, günlərlə yazacağım mövzunun yalnız başlığını axtarmışam. İstəməmişəm oxşar başlıqlar olsun. Düşüncələrimi toplayıb, yazının süjet xəttini məhz həmin başlığa uyğun qurmuşam. Bəzən də qarşıma çıxan bir hadisə, oxuduğum bir yazı mənə mövzunu diktə edib və mən yazının içindən ona uyğun başlıq seçməyə çalışmışam. Açığı, heç vaxt da dəqiq bilməmişəm ki, hansı halda yazdığım mətn daha uğurlu alınıb.
Amma qəzetçilik yolunda ilk addımlarımı atdığım Abşeron rayonunun eyniadlı qəzetində korrektordan məsul katibə qədər yüksəlmiş, sonradan respublikada adı ilə vahimə yaradan “Kirpi” jurnalında çalışmış dəyərli ziyalımız, hörmətli şair Tahir Abdulovun bir fikri yaddaşımdan heç vaxt silinməyib:
“Başlıq, yazının yarısı deməkdir.”

Bu fikir hər zaman yazı masamın görünməz bələdçisi olub. Ya yazını başlığa uyğun qurmağa, ya da yazının içindən onun ruhuna uyğun bir başlıq çıxarmağa çalışmışam.
Bu gün söz açacağım dəyərli şair dostum Xaləddin Rəhimov haqqında yazarkən isə qəribə bir rahatlıq yaşadım. Facebook səhifəmdə qarşıma çıxan “Bağlılıq” adlı essesi bu yazını mənə elə diktə etdi ki, nə süjet xətti, nə də başlıq üzərində uzun-uzadı düşünməyə ehtiyac qaldı. Bəlkə də bu, mənim üçün bir ilk idi.
Xaləddin müəllimlə uzun müddətdir sosial şəbəkədə dostluğumuz davam edir. Mənim düşüncəmdə o, yaradıcılığı ilə səmimiyyəti bir-birini tamamlayan, yetkin təfəkkürə malik, dəyərli bir ziyalı və hörmətli bir şairdir.
Hələ orta məktəb illərindən bildiyimiz kimi, esse — müəllifin hər hansı mövzuya şəxsi baxışını, düşüncə və müşahidələrini nəsr formasında ifadə edən ədəbi janrdır. Fransızca “sınaq”, “təcrübə” mənasını verən esse daha sərbəst üsluba malikdir və ədəbiyyatla yanaşı, fəlsəfə, psixologiya, tarix və ictimai təhlillərdə də geniş istifadə olunur. Essedə əsas olan müəllifin daxili dünyası, şəxsi təcrübəsi və səmimi düşüncəsidir.
Xaləddin Rəhimovun “Bağlılıq” essesinin mərkəzində də məhz bu səmimiyyət dayanır. Çünki insan ömrü boyu saysız-hesabsız hisslər yaşayır, lakin onların içində ən dərin və ən dəyişdirici olanı sevgidir. Sevgi bəzən bir baxışda doğulur, bəzən illər içində formalaşır. Amma hər halda insanın daxili aləmini yenidən yoğurur. Bağlılıq isə bu sevginin zamanla sınanmış, ruhda kök salmış halıdır.
Esse oxucunu sevginin zahiri tərəflərindən çox, onun daxili qatlarına aparır. Burada uyğunluq bənzərlikdən yox, paylaşmaqdan doğur. İnsan sevdikcə dəyişir, paylaşdıqca oxşarlaşır. “Ürəyləri bir vuranlar” ifadəsi də məhz bunu simvolizə edir — fiziki yox, ruhi eynilik.
“Gerçək tədarük əlində olanlardan deyil, ürəkdə olanlardan verilir” fikri mətndə sevginin fəlsəfi yükünü artırır. Şair maddi vermə ilə mənəvi paylaşma arasında sərhəd çəkir və göstərir ki, sevgi sahib olmaq deyil, özünü bölüşməkdir.
“Ən gözəl sevdadı yan-yana olmasan da ürəyində yaşatmaq” cümləsi isə sevginin artıq fiziki yaxınlıqdan ayrılıb daxili məkana keçdiyi mərhələni ifadə edir. Burada sevmək yalnız xoşbəxtlik yox, həm də həsrət və səbir məktəbidir.
Toy, valideyn sevinci, xatirələr motivi sevginin ailəvi və ictimai mərhələsini göstərir. Müəllif zaman anlayışını ön plana çəkir: sevinc də ötəridir, kədər də, amma xatirələr qalıcıdır. “Bir üzü sevinc, bir üzü kədər” ifadəsi həyatın ikili mahiyyətini açır.
“Sarılmaq nə gözəldir…” hissəsi isə essenin emosional zirvəsidir. Sağ tərəfin boş, sol tərəfin ürək olması metaforası insanın tək olanda natamam, sevgi ilə tamamlanan bir varlıq olduğunu göstərir. Sarılmaq burada yalnız fiziki yaxınlıq deyil, qorunmaq, təsəlli tapmaq və boşluğu doldurmaqdır.
Nəticə etibarilə, “Bağlılıq” esse­si oxucuya bunu deyir: sevgi ani bir hiss deyil, ömür yoludur. İnsanı dəyişdirir, bəzən ağrıdır, amma mütləq mənalandırır. Sevinc kədərə, yaxınlıq xatirəyə çevrilsə də, ürəkdə qalan izlər silinmir. İnsan məhz o izlərlə yaşayır və mənalanır...
Xaləddin Rəhimovun ənənəvi poeziya üslubunda qələmə aldığı “Gəldim” şeirinin əsas mövzusu eşq ağrısı, hicran və könül yarasıdır. Lakin bu dərd passiv kədər formasında yox, insanların arasına çıxaraq, dost süfrəsi və paylaşım vasitəsilə yüngülləşdirilmək istənən bir dərd kimi təqdim olunur.

Bağlayın qapını üşüdüm bir az,
Eşqimi bu axşam sormağa gəldim.
İçimi bürüyən acı bir ağrı,
Yaralı könlümü sarmağa gəldim.

Durmayın ay dostlar havamı çalın,
Sağlıqlar deyilsin,yanımda qalın,
Bir şiş lülə,tikəylə şərab alın,
Süfrəmi sizlərlə qurmağa gəldim.

Doldurun badəni yarı qalmasın
Toqquşsun badələr səssiz olmasın,
Eşqimin yerini şərab sarmasın,
Yanında bu axşam durmağa gəldim.

Qəribə baxışla belə baxmayın,
Əyləşin süfrəyə haydı durmayın,
Dərdim nədir deyə sorğu sormayın?
Bu buruq könlümü açmağa gəldim.

Bax unutdum mənliyimin adını,
İçimə köz salan həyat dadını,
Dilimdən düşməyən hicran adını,
Hicrilə könlümə yazmağa gəldim.

Badələrdə eşqi arxtarıb durdum,
Dodaq izi gördüm xəyallar qurdum,
Əcaba kimindir?- könlümə sordum,
Didarı könlümü tapmağa gəldim.


Şeirin qəhrəmanı təkliyindən qaçır, dərdini gizlətmir, amma onu danışmaqdan çox hiss etdirmək istəyir. “Dərdim nədir deyə sorğu sormayın” misrası da bunu açıq şəkildə ifadə edir.
“Bağlayın qapını üşüdüm bir az” misrası fiziki soyuqdan daha çox daxili boşluğun və tənha ruhun üşüməsidir. Qapının bağlanması — kənar aləmdən ayrılmaq, yalnız öz dərdi ilə üz-üzə qalmaq istəyidir.
Şeirdə tez-tez təkrarlanan süfrə, badə, şərab obrazları xüsusi məna daşıyır:
süfrə — paylaşıma mənasında ;
badə — etiraf etməni ;
şərab isə unutmaq yox, müvəqqəti təsəlli anlamında verilib.
Şair burada, “Eşqimin yerini şərab sarmasın” misrası ilə, şeirin fəlsəfi yükünü göstərir. Çünki, qəhrəman eşqi unutmaq yox, onu qorumaq istəyir. Hicran burada sadəcə ayrılıq deyil — adını unutduran, mənliyi silən, könlə yazılan bir yanıqdır.
Dil sadə, danışıq üslubuna yaxın, amma emosional baxımdan yüklüdür. Bu, şeiri aşıq poeziyası, klassik qəzəl və məclis lirikasına yaxınlaşdırır. Ritm axıcıdır, kədər isə dərin, lakin sakitdir. Hay-küy yox, içdən yanma var.
Son bənddə maddi aləmdən xəyal və xatirə dünyasına keçid baş verir. Şair eşqi ucuz təsəlli ilə əvəz etmir, dərdin olduğu kimi qəbul edilməsini istəyir.
Hörmətli şairimiz Xaləddin Rəhimov yaradıcılığının bu yaşantısı içində, mən də, dəyərli yazarımıza sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları diləyirəm.
Bayram təbriki olaraq bu yazını şairmizə ərmağan edirəm.

Elxas Comərd
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Hələ də çap maşınında yazır - FOTOLAR

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

Payız Azərbaycana bu tarixdə gələcək

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930