Bunun çoxları üçün də belə olduğuna yüzə, yüz  əminəm - FOTO
ƏDALƏT MÜƏLLİM !!!

O, kimin üçün necədi, kimin qəlbində özünə nə qədər sevgi qazanıb deyə bilmərəm, amma, mənim üçün çox dəyərli, olduqca səmimi bir insan, öyrətməyə bacaran müəllimdir. Bunun çoxları üçün də belə olduğuna yüzə, yüz əminəm.
Ədalət müəllim ! Ədalət Nəbibəyli...

Bu ad, soyad, müasir və eləcədə sovetlərdən qopub gələn mediada çoxuna çox söz deyir. Bu gün tam səmimi deyə bilərəm ki, böyük əksər tanıdığım bir çox media mənsubları var ki, sırf Ədalət müəllimin məsləhətlərindən, müəyyən mənada gələcək planlarının qurulmasında məhz onun dəstəyindən yararlanıb. Bunu, bu gün onun ətrafına diqqət yetirəndə çox aydın görmək olur... Kimlər gəlib ondan öyrənib, kimlər gedib qəzet, jurnal, sayıt açıb və müstəqil fəaliyyətə başlayıb. Kimlər...???
Mən heç də bu sual ətrafında söhbət açmaq niyyətində deyiləm. Sadəcə onun, öyrətməyə bacaran bir müəllim olaraq onlarla yetişdirdiyi mətbuat nümayəndəsi var ki, bu gün Ədalət müəllimə doğurdan da bir müəllim kimi ehtiramla yanaşılır. Bu, onun bildiklərini sevərək öyrətməsindən irəli gələn yanaşmadı.
Bunun çoxları üçün də belə olduğuna yüzə, yüz  əminəm - FOTO

1976-1977-ci illər idi, Ağsu rayonunda çıxan "Birlik" qəzetinin səhifələrində Ədalət Nəbi imzası ilə, qəzetin Ədəbi Məclisinə və ya məktəbdən, kolxozdan göndərdiyim şeir və məqalələri üzərində təhlil apararaq, qəzet səhifəsində yazdığı xülasədə tövsiyə və tənqidlərini görüb çox zaman sevinənlərdən biri də mən olmuşam. Hətda, o vaxtlar onun imzası ilə, aldığım məsləhət xarektirli məktubları da mənim kimi mətbuata meyilli bir üçün sevindirici idi. Əgər yanılmıramsa ilk dəfə, mətbuat aləmində, "Qələmin İti, sözün kəsərli olsun" kimi ifadəni, məhz onun yazıma münasibət bildirərkən yazdığı fikirlər içində görüb, oxuyub, eşitmişəm. Sonralar isə, o söz, yeni kəşf olunmuş bir fikir kimi yaddaşımda əbədi ilişib qalıb. Onunla münasibətim rayonun "Birlik" qəzetinin redaksiyasına hansısa yazını gətirərkən rastlaşıb, salamlaşanda yaranıb. Hətda bu məqamlarda da, ondan həmişə xoş münasibət görmüşəm...
KİÇİCİK HAŞİYYƏ : Bir dəfə, bir neçə il bundan əvvəl, "Elmlər Akademiyası" parkından keçib "Azərbaycan Nəşriyyatı" na gedərkən, "Abşeron" qəzetindən tanıdığım, səmimi münasibətdə olduğum, Ədalət Abdinovla təsadüfən rastlaşdım. Görüşüb, xeyli söhbət etdik. Söhbət əsnasında Ədalət Abdinova elə oradaca ürəyimə gələn çox səmimi bir fikir söylədim. Dedim ki, - "əgər siz və eləcədə digər redaksiya əməkdaşları məni mehriban qarşılamasaydınız, xoş münasibət göstərməsəydiniz, mən indi, bəlkədə başqa sahənin adamı olmuşdum."
Bu fikirin birdən-birə yadıma düşməsi, məhz, o vaxt Ağsu rayonunda "Birlik" qəzetinə tez-tez gedib gəldiyim zamanı, gördüyüm səmimiyyətin nəticəsi idi ki, Bakıya gələndən sonra məni "Abşeron" qəzetinin redaksiyasına gətirib çıxardı. Bütün bunlar bir - birini tamamladığından mənim mətbuata və mətbuat nümayəndələrinə rəğbətim və sayğımı artırırdı...
Bu xatirələr bir-birinin ardınca düzüldükcə, deyəsən məni əsas məsələdən bir az uzaqlaşdırdı...
Bunun çoxları üçün də belə olduğuna yüzə, yüz  əminəm - FOTO

Ədalət müəllimlə Bakıda rastlaşanda, saatlarla onunla onun iş prinsiplərini görüb mənimsədikcə özümü dünyanın xoşbəxti sanırdım. Həmdə, bu cür səmimi böyük bir insanın yanında olmamla hər zaman qürur duyurdum. Ondan çox şey öyrənirdim. Aylarla, illərlə yanında işləməli oldum. Öz qəzetimi təsis edəndə mənə dəstək oldu, məsləhətlər verdi.
Bu gün ad günü ərəfəsində, dostlardan birinin, - "Dünyanın ən saf adamı" yazısını oxuyanda bir həqiqət ildırım kimi beynimdən keçdi. Ani olaraq, Ədalət müəllimin yanına gəlib qəzetçiliyin, mətbuatın sirrin öyrənib gedənlərin bir çoxu gözlərim qarşısına gəldi. Yenidən yazının başlığına qayıtdım və bu hal bir neçə dəfə təkrarlandı. Doğurdan da, dünyanın ən saf adamıdı Ədalət Nəbibəyli. Azadlığı, müstəqilliyi sevən biri kimi tanımışdım onu. Şükür Allaha ki, elə də yaşayır. O heç vaxt "boyunduruqlu" jurnalist olmayıb. Heç vaxtda, etdiklərini kiminsə boynuna minnət kimi qoymayıb. Amma, insan nankorluğunun dadını o çox dadıb. Heç vaxtda, bunu açıb, ağartmayıb. Doğurdan da o, dünyanın ən saf insanıdır...
QEYD : Dünən, Ədalət Nəbibəylinin ad günü idi. Bunu eşidib biləndən sonra, bu kiçik yazı ilə dəyərli insan, həqiqətəndə, sözün həqiqi mənasında, - Dünyanın ən saf Adamı Ədalət Nəbibəyliyə, uca Tanrıdan sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları arzulamaq keçdi ürəyimdən.
Allah sizi qorusun gözəl insan, dəyərli ziyalımız.
Allah sizi qorusun dünyanın ən saf ADAMI, əzizimiz Ədalət müəllim...

Elxas Comərd.

Son xəbərlər

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31