İƏT Mədəniyyət Festivalı — “Baku Creative Week 2025” çərçivəsində keçirilən “Oriental Fashion Show” Bakıda Şərq dəbinin ən tanınmış dizaynerlərini bir araya gətirib. Tədbir paytaxtda 5–11 dekabr tarixlərində baş tutan Yaradıcılıq Həftəsinin ən diqqətçəkən məqamlarından biri olub.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu il festival 50-dən çox ölkədən 5 minə yaxın iştirakçını — hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və yaradıcı sənaye liderlərini Bakıda birləşdirib.

Məqsəd isə eynidir: mədəni əməkdaşlığı gücləndirmək və İƏT ölkələrinin ortaq irsini dünyaya təqdim etmək.

Şouda Azərbaycanla yanaşı, bir sıra ölkələrin nüfuzlu moda evləri iştirak edib. Bu şouda Azərbaycandan Gülnarə Xəlilova və Uventa, Oman Sultanlığından Yoland Fashion House, Misirdən Hany Elbehairy Couture, Bəhreyndən Naseem Alandalos, Mərakeşdən Wafa Idrissi və Maison Fatim, Qazaxıstandan Malique, Türkmənistandan Gowher Gouvernet, Özbəkistandan Art by Sofia, Tacikistandan isə Umed Kuchkaliyev iştirak edirlər.

Dizaynerlərin kolleksiyaları Şərq estetikasının əsrlər boyu formalaşmış ənənələrini müasir yanaşmalarla birləşdirərək səhnəyə çıxarılıb. Şou həm sənətkarlığın, həm də milli mədəniyyətlərin incəliklərini nümayiş etdirib.

Gecənin açılışı modelyer-dizayner Gülnarə Xəlilovaya həvalə olunub. Dizayner çıxışında tədbirin əhəmiyyətindən danışaraq qeyd edib:

“Əlbəttə ki, çox önəmli bir tədbirin iştirakçılarıyıq və çox şadam ki, bu “Oriental Fashion Show”u məhz mən açıram. Açılışı illər öncə hazırladığım, mənim üçün hələ də çox əziz olan və dünyanı gəzən “Xalçaların Dili” kolleksiyamla etməkdən qürur duyuram.

“Xalçaların Dili” kolleksiyası 2014-cü ildən hazırlanmağa başlayıb və Avropada çox önəmli bir mükafata da layiq görülüb. Bu kolleksiyanın əsas mövzusu müxtəlif xalçaların naxışları, təmiz “Swarovski” qaşlarla hazırlanmış aksesuarların fərqliliyidir. Kolleksiyanın əsas geyimləri keyfiyyətli məxmər parçalardan hazırlanıb. Həmin məxmər parçaların üzərindəki aksesuarlar və çantalar xalça naxışları ilə tamamlanıb və bu naxışlar özündə xüsusi mesajlar daşıyır.

“Xalçaların Dili” kolleksiyasının hər bir nümunəsinin öz mənası var. Çünki “xalçaların dili” demək, “xalçalar danışır” deməkdir. Mən illərdir “Azərbaycan Milli Geyim Günü keçirilsin” şüarı ilə çıxış edirəm və bu kolleksiya da elə həmin ideyanın bir parçası kimi yaradılıb.

Bu illər ərzində “Xalçaların Dili”, “Gəncliyin Səsi”, “Turan”, “Miniatür”, “Şəbəkə” kimi bir çox kolleksiyalar məhz bu şüar altında ərsəyə gəlib. 2007-ci ildən bəri davam edən bu təşəbbüslə məqsədim odur ki, həmin gün rəsmi şəkildə qeyd olunsun və hər kəs sadə, klassik və ya idman tərzində geyimin üzərinə maraqlı bir milli aksesuar əlavə etməklə onun ruhunu tamamilə dəyişə bilsin.

Bu kolleksiya da həmin ideyadan bəhrələnərək yaradılıb”.

Tədbirdə Bəhreynin aparıcı brendlərindən olan Naseem Alandalosun direktoru Mobarak AlFadhel də iştirak edib. O, Bakıya ilk səfərinin təəssüratlarını belə bölüşüb:

“Bakı Yaradıcılıq Həftəsinə dəvət aldığımız üçün çox şadıq. “Oriental Fashion Show” həftəyə möhtəşəm bir əlavədir. Bu, heyrətamiz an idi və əsas şounu səbirsizliklə gözləyirik”.

Mobarak gələcək illərdə də Bakıda iştirak etməyi planlaşdırdığını bildirərək əlavə edib:

“Mən bura aşiq oldum, aşiq! Təəssüf ki, yalnız bir neçə günlüyə buradayam, amma turist kimi geri qayıtmaq istəyirəm”.

“Oriental Fashion Show”un təsisçisi Hind Joudar şounun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib:

“Bu tədbir vasitəsilə dizaynerləri təqdim etməkdən çox xoşbəxtəm. Komandanın işi möhtəşəmdi— müxtəlif ölkələri bir araya gətirib mədəniyyəti təşviq edir. Bu dəfə proqram tamamilə “Oriental Fashion Show”a həsr olunub və bu bizim üçün böyük şərəfdir”.

“Oriental Fashion Show” həm peşəkar iştirakçıların, həm də beynəlxalq qonaqların diqqətini çəkərək Bakını regional moda və yaradıcılıq mərkəzi kimi bir daha ön plana çıxarıb. Tədbir Şərq dəbinin zərifliyini, müxtəlifliyini və müasir interpretasiyalarını nümayiş etdirməklə Yaradıcılıq Həftəsinə xüsusi rəng qatıb.

Lamiyə Məmmədova
Fotolar: Xəyal Vəlizadə




































Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031