Azərbaycanın ən iri moda tədbiri olan “Azerbaijan Fashion Week” (“Azərbaycan Moda Həftəsi”) 18-ci mövsümünün keçirildiyini elan edib. Mayın 20-dən 25-dək davam edəcək bu möhtəşəm tədbir Bakıda baş tutacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, regionun bu nəhəng moda tədbiri istedadlı dizaynerləri, stilistləri, alıcıları və media peşəkarlarını bir araya gətirəcək. Moda dünyasında yaradıcılığın təşviqi və təcrübə mübadiləsi üçün unikal platforma təklif edən tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə təşkil olunur. Mərkəz ölkədə kreativ sənayelərin inkişafına, xüsusilə gənc istedadlar və moda sahəsindəki startaplara dəstək verir.

18-ci mövsüm təbii hadisələrə həsr olunub, mövzusu isə “The Spirit of Stone” adlanır. Bu mövzu davamlılığı, möhkəmliyi və əbədiliyi simvolizə edir, təbiət və yaradıcılıq arasında dərin əlaqəni əks etdirir.

Moda nümayişləri üçün seçilmiş məkanlar olan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (23 may) və Qayaüstü abidələr muzeyi (Muzey daşı salnaməsi) (24 və 25 may) bu əhəmiyyətli hadisəyə xüsusi atmosfer qatacaq.

Tədbir çərçivəsində moda sahəsində son tendensiyaları və innovasiyaları təqdim edən yerli və xarici dizaynerlərin əl işlərini, həmçinin nümayiş etdirmək planlaşdırılıb. İştirakçılar aparıcı dizaynerlərin eksklüziv kolleksiyaları ilə tanış olmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Bundan başqa 20, 21, 22 və 24 may tarixlərində təhsil proqramı (mühazirələr, ustad dərsləri və yaradıcılıq görüşləri) təşkil olunacaq.

Tədbir moda sənayesində peşəkar bacarıqların inkişafına və beynəlxalq əlaqələrin gücləndirilməsinə töhfə verəcək.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930