Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Azərbaycan Teatr Xadimləri ittifaqı və “Emedia Group” media təşkilatının birgə təşkilatçılığı ilə 2026-cı il 10–17 mart tarixlərində Bakıda "2-ci Uşaq Teatrı Festivalı" keçiriləcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Teatr Gününün 153-cü ildönümünə həsr olunan festival 6–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və Azərbaycanla yanaşı, müxtəlif xalqların nağıllarının səhnə dili vasitəsilə təqdim olunmasını, bu nağılların müasir uşaqların düşüncə tərzinə uyğun şəkildə canlandırılmasını məqsəd kimi müəyyən edib.

Layihənin rəhbəri Fərid Bağırov, ideya müəllifi isə Tural Əliyevdir. Onların rəhbərliyi və yaradıcılıq yanaşması sayəsində festivalın proqramı uşaqların teatr sənətinə marağını artırmaq, onların estetik zövqünü formalaşdırmaq və yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır.

Festival çərçivəsində uşaqlar nağıl qəhrəmanlarını canlandıraraq həm əyləncəli, həm də maarifləndirici səhnə çıxışları ilə tamaşaçı qarşısına çıxacaqlar. Tədbir iştirakçılara komanda ruhunda çalışmağı, səhnə mədəniyyətini və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Budəfəki festivalın ən mühüm yeniliklərindən biri inklüziv iştirak modelinin tətbiqidir. Belə ki, həssas kateqoriyaya aid uşaqlar da festivalda yer alacaq, digər iştirakçılarla birgə səhnəyə çıxaraq öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər. Bu təşəbbüs inklüziv mədəniyyətin təşviqinə, bütün uşaqların bərabər iştirak hüququnun təmininə və onların cəmiyyətə inteqrasiyasına xidmət edir.

Son xəbərlər

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31