İldırım (Əlişoğlu) Qəhrəmanov

Şair dostum İldırım Əlişoğlu haqqında düşüncələr...


İnsan var ki, illərlə tanıyıb, birgə çalışırsan, amma onunla aranda dərin bir səmimiyyət yaranmır.İnsan da var ki, ilk təsadüfi salamlaşmadan içində ona qarşı doğmalıq hiss edirsən.Əvvəlcə bunu yaşca məndən böyük olduğu üçün bir ərkyanalıq kimi qəbul etmişdim.Ancaq sonradan gördüm ki, onun digər tanıdığım şair dostlara qarşı da eyni səmimi, mehriban münasibəti var.Elə bu təbii səmimiyyət, bu daxili işıqlıq mənim qəlbimdə ona qarşı xüsusi bir rəğbət oyatdı. İnsanın mənəvi təması və İldırım Əlişoğlunun timsalında... Burada Ulu Nizami Gəncəvinin sözləri yada düşür:
“Yaradılmışların ən şərəflisi və varlıqların ən kamili olan insanın ən böyük dəyəri, böyük Yaradanla mənəvi və ruhi təmasa girə bilmək qabiliyyətinə malik olmasıdır.”


Məhz bu ruhi təmasa malik insanlardan biri haqqında danışmaq istədiyim. Bu şəxs — İldırım (Əlişoğlu) Qəhrəmanovdur.
Onu əvvəlcə şeirlərindən, daha sonra isə dostlarının Facebookda paylaşılan yaradıcılığına yazdığı səmimi rəylərdən tanımışdım.
İldırım müəllim haqqında təxəyyülümdə doğma, sadə, amma dərin duyğulu bir insan obrazı canlanmışdı.
Bir gün, şair dostum Ziyadxan Budaqın yaradıcılığına həsr etdiyim bir yazını sosial şəbəkədə paylaşdıqdan az sonra mobil telefonuma “Messenger” vasitəsilə zəng gəldi. Qarşı tərəfdə səsi eşidər-eşitməz o səmimiyyəti, o içdən gələn mehribanlığı duymaq olurdu.
Söhbətimiz getdikcə doğmalaşdı, təbii bir yaxınlıq yarandı. Elə o gündən də aramızda gözəl bir dostluq münasibəti başladı.
Bir dostluğun başlanğıcı...


Bir müddət sonra Ziyadxan Budaq Azərbaycan Yazıçılar Birliyində “5POEMA” adlı kitabının təqdimatını keçirdiyini bildirdi və məni də həmin tədbirə dəvət etdi. Həmin tədbirdə səmimiyyəti ilə qəlbimdə özünə yer etmiş şair dostum İldırım Əlişoğlu ilə şəxsən tanış olmaq mənim üçün xoş bir hadisə oldu.
Bu yaxınlarda dəyərli dostlarım Qəzənfər Məsimoğlu və Əzizə Ağahüseynqızının həmtəsisçisi olduqları “QOŞMA” Ədəbi Məclisinin növbəti tədbirinin İldırım Əlişoğlunun yaradıcılığına həsr olunacağını eşidib çox sevindim.
Elə həmin günlərdə şair Vahid Çəmənlinin İldırım Əlişoğlu haqqında yazdığı səmimi ad günü yazısını oxuyanda, mən də onun yaradıcılığı barədə yazmaq qərarına gəldim.
Bir qədər sonra isə “Ağsu Yazarları” Ədəbi Birliyinin təsisçisi, hörmətli alim və şair Raqif Nazimoğlunun “Mənim gözlərimin qonağı sənsən” adlı poetik icmalını oxudum.

Raqif müəllimin bu yazısı mənim düşüncələrimə də yön verdi.
“İldırım Əlişoğlu heç bir şeirində haray qoparmır, hətta onu kəskin üzən həyat əzablarını belə abır-həya ilə deyir, sanki oxucuya öz hisslərini sakit tərzdə pıçıldayır.” — Raqif Nazimoğlu
Doğrudan da, İldırım Əlişoğlunun poeziyası bu “pıçıltı”nın poeziyasıdır.
O, sözün sükutundakı gücü dərk edən şairdir. Onun yaradıcılığında nə pafos, nə də süni gözəllik arzusu var.
Bu da onun daxili aləminin — təvazökarlığın və abır-həyanın göstəricisidir.
“Giley” – ayrılığın səssiz fəryadı

Şairin “Giley” şeiri bu mənada çox səciyyəvidir. Burada o, ayrılığın ağrısını qışqıraraq deyil, səssiz bir yanğı ilə danışır:

Gözlərinə nə hopdurdun,
Baxışında yazı yoxdu?
Bir vaxt səsindən boylanan,
Məhəbbət avazı yoxdu.

və ya başqa bir misrada:

Baxışın getmir gözümdən,
İçimi sökəcək nədi?
İstədim, atım o yana,
Gördüm ki, yeri göynədi...

Bu misralarda səsin yerini sükut tutur. Şair ayrılığın sarsıntısını ucadan demir – onu qəlbində pıçıltıya çevirir. Bu pıçıltı elə bir səssizlik yaradır ki, oxucu onu öz ürəyində eşidir.
“Cavabsız suallar” – tənhalığın ahəngi
Şairin “Cavabsız suallar” şeirində də həsrətin pıçıltısını eşidirsən.
Onun sevgisindəki ümidlərin qırıldığını, tənhalığa məhkumluğunu poetik çalarlarla belə ifadə edir:

Necə oldu, əsir düşdüm təkliyə,
Kim verəcək cavabını, tək mənmi?
Ümidlərim pul-pul oldu, qırıldı,
Qırıqlayan, gülüm, sənmi, təkmənmi?


Və davamında bu duyğunun mənbəyinə toxunur:

O gün mənə sərt bir baxış atdınmı?
Ovqatıma bir soyuq su qatdınmı?
Əzdin məni, gecə rahat yatdınmı?
Dedin, əcəl bunu tapar hökmənmi?..


Cavabsız suallarına cavab axtaran şair, sükutla, pıçıltıyla deyir —
“Dedin, əcəl bunu tapar hökmənmi?” — və bu sadə misra bütün bir ağrını daşıyır.
“Bir fəqirin sevgisi” – abır-həyanın dili ilə
“Bir fəqirin sevgisi” şeirində də qəlbin harayı abır-həya pərdəsi arxasından duyulur.
Oxucu bu poetik hissi sanki özü yaşayır:

Dodaqları pıçıltılar gizləyib,
Qulaqları həsrət qalıb onlara.
Kim yazıbmış bu sevginin duasın,
Qarğış düşüb, yoxsa, onsuz anlara?..


Şair bu şeirdə gözəl bənzətmələrlə duyğularına dərinlik verir:

Baxışları lampasıydı qəlbinin,
Ağasıydı, hampasıydı qəlbinin,
Tez partlayan bombasıydı qəlbinin,
“Qatil” imiş çox mənimtək canlara...


Qəlbdən sevən mərdləri sevgidən gələn dərdlər qorxutma. Çünki Tanrı məhəbbətə öz şərtlərini qoyur:

Mən saymaram yardan gələn dərdləri,
Tanrım qoyur məhəbbətə şərtləri,
Heç qorxutmaz qəlbdən sevən mərdləri,
Rəhm eləyər o adlara, sanlara!


İldırım Əlişoğlu “Bir fəqirin sevgisi”ndə yalnız seyrçi deyil —
o, taleyinin pıçıltısını nəzmə çəkən bir şairdir:


İldırıma qalan ancaq seyirdi,
Bir də içi həsrət dolu şeirdi,
Bəxti hər vaxt pıçıltıyla deyirdi:
“Etmə, ömür atın çapır sonlara...”


İldırım Əlişoğlu poeziyası insanın içindəki sükutu danışdıran bir poeziyadır. Onun səsi haray deyil — qəlbin dərinindən gələn bir səmimiyyət pıçıltısıdır. Və çox vaxt bu pıçıltı, ən gur səslərdən daha güclü eşidilir...

Böyük səmimiyyətlə,
Elxas Comərd
AYB-nin,“İti Qələm” Respublika Ədəbi Birliyinin və
“Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031