Xəbərlər
31.10.2025, 00:35
ƏLİ VAHİD ÇAYLI : Öz şerimin atasıyam FOTO
ATASIYAM
İki oğlum, bir qızımın,
Övladların atasıyam.
Öz Yaşarım, öz Anarım,
Oğulların atasıyam.
Qızım anamın adında,
Ondan alıram dadın da.
Yanıb bişərək odunda,
O varlığın atasıyam.
Gəlinlərim öz qızımdı,
Gül-baharım, gül-yazımdı.
Oxunan "Şəhd-Şahnazım"-dı,
Duyğuların atasıyam.
Həm şəhərdən, həm kənddənəm,
Şirin-şəkər, o qənddənəm.
Ulu Tanrım öz bəndənəm,
Kasıbların atasıyam.
Doqquz nəvə: - varım deyim,
Almam deyim, narım deyim,
Öz namusum, arım deyim
Qeyrətimin atasıyam.
Aşiqiyəm öz yurdumun,
Çaylı kimi öz ordumun.
Qulluğunda qul olduğum
Öz şerimin atasıyam.
Bakı.ş.
31.10.25
Ə.V.Çaylı
Övladların atasıyam.
Öz Yaşarım, öz Anarım,
Oğulların atasıyam.
Qızım anamın adında,
Ondan alıram dadın da.
Yanıb bişərək odunda,
O varlığın atasıyam.
Gəlinlərim öz qızımdı,
Gül-baharım, gül-yazımdı.
Oxunan "Şəhd-Şahnazım"-dı,
Duyğuların atasıyam.
Həm şəhərdən, həm kənddənəm,
Şirin-şəkər, o qənddənəm.
Ulu Tanrım öz bəndənəm,
Kasıbların atasıyam.
Doqquz nəvə: - varım deyim,
Almam deyim, narım deyim,
Öz namusum, arım deyim
Qeyrətimin atasıyam.
Aşiqiyəm öz yurdumun,
Çaylı kimi öz ordumun.
Qulluğunda qul olduğum
Öz şerimin atasıyam.
Bakı.ş.
31.10.25
Ə.V.Çaylı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






