Xəbərlər
3.10.2025, 21:33
Mabel Matizin 3 ilə kimi həbsi tələb edildi
Türkiyəli məşhur müğənni Mabel Matiz barəsində ilkin araşdırma başa çatıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq müğənninin “Perperişan” adlı yeni mahnısının ədəbsiz təsvir yaratdığı həmçinin yaş məhdudiyyəti olmadığından uşaqlar üçün təhlükə yaratdığı qənaətinə gəlib.
İstanbul Cümhuriyyət Prokurorluğu Matizin “ədəbsiz nəşrlərin dərcinə vasitəçilik etmək” ittihamı ilə 6 aydan 3 ilə qədər həbs edilməsini tələb edib.
Qeyd edək ki, “Perperişan” mahnısı təkcə M.Matizin yutub kanalında 2 milyona yaxın dinlənilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay