Azərbaycanın dövlətçiliyini qorumaqla dünya ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyasını yaradır

Dünyanın ən qədim dövlətçilik ənənələrinə malik xalqımızın tarixi zaman-zaman inkişaf edərək mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Elə bu adət və tarixi ənənələrə bağlı bir xalq kimi o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Bunu üzərində izlər qalmış abidələr də sübut edir.
Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu nöqteyi-nəzərdəm qlobal dünyamızda milli adət və ənənələrin əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstəricisidir.


Dünyanın ən qədim xalqı kimi Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır.
Cənubi Qafqazın lider dövləti - FOTO

Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", - deyib.
Bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda, onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıranın xalq olduğunu gözəl bilirik. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir.
Qədim və zəngin dövlətçilik ənənələrini özündə ehtiva edən ölkəmizdə xalqımız azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Bu mübarizə çətin sınaqlarla, tarixin dirənişləri ilə də üzləşib. Gülüstan müqaviləsi ilə ikiyə bölünən Azərbaycanda milli-azadlıq hərəkatı heç zaman səngiməyib. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətimizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin ilk demokratik dövlət təsisatı oldu. Müstəqil, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu təsdiqlədi. Azərbaycan dinc, mədəni, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyət kimi Cümhuriyyət dövründə də multikultural dəyərləri qoruyub və qanunla dəstəkləyib. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində dərin və zəngin iz qoydu.
XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan suverenliyini qoruyub saxlaya bildi. Daxili və xarici təsirlərə görə dövlət müstəqilliyini itirmə təhlükəsi ilə üzləşəndə böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın ciddi tələbi ilə hakimiyyətə dəvət edildi. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını təmin etdi, gərəkli, qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: ”1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir... Məhz o illərdə Heydər Əliyevin rəhbərliyi altında bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etsin”.

Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı olan cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir.

44 günlük Vətən müharibəsi və birgünlük lokal xarakterli hərbi əməliyyat sayəsində Azərbaycanda tam hakimiyyət bərpa edildi, müstəqil dövlət kimi dünyanın fəxarət və qürur yerinə çevrildi. Böyük Qələbə milli kimliyimizi ortaya qoydu. 30 ilə yaxın zaman kəsiyində azərbaycanlıları zülmə sürükləyən ermənilərin qanunsuz hakimiyyətinə nəhayət son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun cəsarəti, hünəri sayəsində sözümüzü deyib qüdrətimizi dünyaya bəyan etdik. Artıq Azərbaycan tam müstəqildir, heç kəsdən asılı deyil.

Bu yaxınlarda ABŞ Prezidenti Donald Tramla Azərbaycan Prezidenti İlham Əliyevin səmimi görüşləri, dövlətimizin başçısının yüksək səviyyədə qarşılanması bir daha göstərdi ki, supergüc olan ABŞ bizimlə hesablaşır. Ardınca BMT-nin sessiyasında Prezident İlham Əliyevin geniş məzmunlu çıxışı və orada həyata keçirdiyi maraqlı görüşlər xalqımızın və dövlətimizin başçısının qətiyyətini sübut etdi.
Bu gün artıq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib. Bir çox ölkənin nümayəndələri məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün məhz bizim ölkəmizə səfər edir, bir məkan olaraq Azərbaycanı təqdir edirlər. Bu tədbirlər dünya ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Prezidentin Azərbaycanı bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır.

ƏLİPƏNAH KƏNGƏRLİ

Son xəbərlər

Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

"Möhtəşəm zərbə ilə görüşü tamamladım" - Rafael Fiziyev

MƏMMƏD QƏDİR : A Məmməd, rəhmət yenə çöldəki şeytanlara - FOTO

Bu ovqat səninçün bir peşə, Vahid - FOTO

Azərbaycan cüdoçuları Çexiyadakı turnirdə 3 medal qazanıblar

Tanınmış alpinist infarkt keçirdi - Foto

İsti hava xəbərdarlığı “isti hava” konfransını təxirə saldı

Venesuelada ölənlərin sayı - 1430-a çatdı

Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”

4 ildir sevgili olsalar da, evlənmək istəmir

DÖYÜŞ YOLDAŞLARIM... - Xatirə-oçerk

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Çovdar çörəyinin bilinməyən faydaları

Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930