Xəbərlər
28.09.2025, 00:04
BRİLYANT QURBANOVA : Atəşi yandıran odur ki... neynim...- FOTO
Yoxdu.
Elə dolaşmışam bəxt kəndirində,
Əlini uzadıb açanım yoxdu.
Düşmüşəm, bişmişəm qəlb təndirimdə,
Heç hay-harayıma qaçanım yoxdu.
Yığıldım həyatın dərd otağına,
Gözümdən su çəkdim fikir tağına,
Boylandım evimin solu, sağına,
Bağlanıb qapısı, köçənim yoxdu.
Köhnə dəyirmantək işləyir beynim,
Gülməyir camalım, açılmır eynim,
Atəşi yandıran odur ki... neynim...
Qıy vurub yelimə uçanım yoxdu.
Əlini uzadıb açanım yoxdu.
Düşmüşəm, bişmişəm qəlb təndirimdə,
Heç hay-harayıma qaçanım yoxdu.
Yığıldım həyatın dərd otağına,
Gözümdən su çəkdim fikir tağına,
Boylandım evimin solu, sağına,
Bağlanıb qapısı, köçənim yoxdu.
Köhnə dəyirmantək işləyir beynim,
Gülməyir camalım, açılmır eynim,
Atəşi yandıran odur ki... neynim...
Qıy vurub yelimə uçanım yoxdu.
27.09.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

