Bakı Mühəndislik Universiteti (BMU) ilə İndoneziya Respublikasının Surabaya Dövlət Universiteti arasında görüş keçirilib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, onlayn formatda gerçəkləşən görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül iki ali məktəb arasında yaranan münasibətlərin, əməkdaşlıq addımlarının məmnunluq doğurduğunu bildirib. Universitetin akademik strukturu, tədqiqat yönümlü fəaliyyəti, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verən prorektor, həmçinin BMU-nun xarici ali məktəblərlə tələbə və müəllim mübadiləsi proqramlarını inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

İndoneziyanın Surabaya Dövlət Universitetinin professoru Lisa Lisdiana öz növbəsində ali məktəb haqqında geniş təqdimatla çıxış edib. Təqdimatda universitetin akademik potensialı, elmi-tədqiqat sahələri, tələbələrə və müəllimlərə təklif edilən beynəlxalq əməkdaşlıq imkanlarından geniş bəhs olunub.

Görüş zamanı iki universitet arasında gələcək əməkdaşlıq perspektivləri, xüsusilə tələbə mübadiləsi proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələrinin icrası və akademik təcrübə mübadiləsi məsələləri ətraflı müzakirə olunub. Tərəflər təhsilin keyfiyyətinin artırılması, tələbələrin və müəllimlərin beynəlxalq təcrübə qazanması, universitetlərarası əlaqələrin gücləndirilməsi məqsədilə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Sonda BMU və Surabaya Dövlət Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin icrası barədə ilkin razılıq əldə olunub.

Son xəbərlər

Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

Əsl yay havası başlayır: Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Xameneinin cənazəsi Məşhədə aparıldı

Bonni Tayler vəfat etdi

Qəzəlsayağı şeir - FOTO

TUBU İMANOVA : ANANIN YAŞI OLMUR - FOTO

“Işıl”ın ölüm səbəbi açıqlandı

Şahzadədən boşanıb tiktokerlə evləndi - Fotolar

Yeni layihəsi bəlli oldu

Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər

Sabah 37 dərəcə isti olacaq

HƏSƏNXAN ƏSƏD : Sənətin məğrur qadını - FOTO

Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır

Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb

Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir

Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb

Azərbaycan neftinin qiyməti 82 dolları keçib

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Kadırov prezident postuna namizədliyini rəsmiləşdirdi

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub

Hacıməmməd Məmmədov : Özü və ətrafı safdır - FOTO

Estoniya Rusiyaya nota verdi

Həyatımda ilk kəs Lerikdə oldum-gözəl Lerikdə!

Bakıda daşınmaz əmlak qiymətləri ən çox hansı ərazidə artıb? - İyunun statistikası

Özünü Leninlə müqayisə etdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031