Xəbərlər
8.09.2025, 11:57
BELA ZƏNGİBASARLI : DOST DƏYƏRİ BİLƏN DOSTLAR - FOTO
Hamınıza salam olsun,
Könüllərə sevinc dolsun.
Salamımı qəlbdən alsın,
Görüşümə gələn dostlar.
Yenə gəldim aranıza,
Məlhəm olum yaranıza.
Qatın məni sıranıza,
Sevincimi bölən dostlar.
Varlığımdan ilham aldız,
Xoş sözlərlə yola saldız.
Bir neçə ay mənsiz qaldız,
Dost dəyəri bilən dostlar.
Darıxmışam sizin üçün,
Kövrəlmişəm için-için.
Qüsurlarım olsa keçin,
Yanlışımı silən dostlar.
Dostlarımda var etibar,
Tanrı olsun hər kəsə yar.
Qarşımızda çox illər var,
Mənimlə bir gülən dostlar.
Könüllərə sevinc dolsun.
Salamımı qəlbdən alsın,
Görüşümə gələn dostlar.
Yenə gəldim aranıza,
Məlhəm olum yaranıza.
Qatın məni sıranıza,
Sevincimi bölən dostlar.
Varlığımdan ilham aldız,
Xoş sözlərlə yola saldız.
Bir neçə ay mənsiz qaldız,
Dost dəyəri bilən dostlar.
Darıxmışam sizin üçün,
Kövrəlmişəm için-için.
Qüsurlarım olsa keçin,
Yanlışımı silən dostlar.
Dostlarımda var etibar,
Tanrı olsun hər kəsə yar.
Qarşımızda çox illər var,
Mənimlə bir gülən dostlar.
08.09.2025
SALAMLAYIRAM BÜTÜN FBUK DOSTLARIMI.HAMINIZI XOŞ GÖRDÜK, ALLAH HƏR BİRİNİZİ QORUSUN, DƏYƏRLİ DOSTLAR!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










