Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları inzibati ərazi vahidində fəaliyyət göstərən dönərxana sahibləri üçün təlim təşkil ediblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin əsas məqsədi III MDB oyunları zamanı qonaqların və əhalinin qida təhlükəsizliyinin təmin olunması, ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin artırılması və qida zəhərlənmələrinin qarşısının alınmasıdır.

Təlimdə dönərxana sahiblərinə sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi tələbləri mövzusunda maarifləndirici məlumatlar verilib. Qida məhsullarının temperatur rejiminə riayət edilməsi və düzgün saxlanma qaydaları, çarpaz çirklənmənin qarşısının alınması yolları izah olunub. Personalın şəxsi gigiyena qaydalarına əməl etməsinin və tibbi müayinədən keçməsinin, eləcə də istehsalatda istifadə olunan avadanlıq və səthlərin müntəzəm dezinfeksiyasının, ictimai iaşə müəssisələrində təhlükəli mikroorqanizmlərin yayılma riskləri və onların qarşısının alınmasının vacibliyi vurğulanıb.

Sonda sahibkarlarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb və tövsiyələr verilib.

Son xəbərlər

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930