Bayram günlərində qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində növbəti dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Agentlikdən "Unikal"a bildirilib ki, muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb. Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib.


Monitorinqlər zamanı aşağıda adları qeyd olunan dönərxanalarda nöqsanlar aşkar edilib:

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən “Dan Yeri Kafe”;

- Naxçıvan şəhəri, Nizami küçəsi, Əcəmi seyrəngahında fəaliyyət göstərən “Tac Dönər”;

- Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində fəaliyyət göstərən “Qızılay” restoranı;

- Naxçıvan şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Sizin Kafe” ;

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Babayev Nizami Abbas oğluna məxsus dönərxana;

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi fəaliyyət göstərən Kərimov Əhməd Məhəddin oğluna məxsus dönərxana;

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Abbasov İlqar Tağı oğluna məxsus dönərxana;

- Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Xəlilov Məmməd Əli oğluna məxsus dönərxana;

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən “Tac Dönər”;

- Naxçıvan şəhəri, Atabəylər küçəsində fəaliyyət göstərən “Real Dönər”;

- Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Vəliyev Xəyal Əbülfət oğluna məxsus dönərxana;

- Naxçıvan şəhəri, Əlincə məhəlləsində fəaliyyət göstərən “Nənəmin Təndiri Dönər”;

- Şərur şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Ailə Dönər”.

Monitorinqlər zamanı dönərxanalarda əvvəlki tarixdə bişirilmiş bişmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Bunun nəticəsi olaraq 21,745 kiloqram bişmiş toyuq əti dönəri, 2,5 kiloqram bişmiş mal əti dönəri, 4,8 kiloqram bibər turşusu, 10,135 kiloqram mayonez məhsulları şübhəli hesab olunduğu, 1 paket göbələk, 13 ədəd “Didi” və 3 ədəd “Sarıkız” markalı alkoqolsuz qazlı içkilər yararlılıq müddəti bitdiyi üçün toxunulmazlığı təmin olunub, 8 halda bişmiş toyuq əti dönəri, 1 halda bişmiş mal əti dönəri, 2 halda mayonez və 2 halda bibər turşusundan nümunələr götürülərək sınaqların aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilib.

Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.

Son xəbərlər

İran iki tankeri vurdu - Ölən və yaralananlar var

Ərdoğan: Türkiyə NATO-nun ən güclü tərəfdaşlarından biri olaraq qalır

Lütfəli Abdullayevin ciddi bir xəstəliyi olmayıb - FOTO

ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb

Qumar üçün 5 ilə 14 dəfə “hə” dedi - 170 min qazanc

"Prezident Əliyevin yumor hissi çox yaxşıdır" - Batsman

“Anne yarısı”nda rol alacaq - FOTO

BMT baş katibi Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının tərəfdarıdır

Mundialın ən çox səyahət edən komandası bəlli oldu

Gücləri ayıya çatdı

QƏLƏMİNƏ SADİQ QALAN JURNALİST, SÖZÜNƏ SƏDAQƏTLİ ŞAİR...

ƏZİZƏ AĞAHÜSEYNQIZI : İnciyib, çıxıb gedirəm - FOTO

Südabə Sərvi : DAŞ OLMAQ ƏZABI - FOTO

Elçin Nəsib: “Əsl jurnalistlər bu gün internet jurnalistikasında da var, çap mediasında da...”

Pelleqrini Azərbaycandadır

AQTA-dan ciddi sağlamlıq riskləri yaradan arıqlama məhsulları ilə bağlı çağırış

"Halef"in aktrisası yeni serialda

Tərəf müqabili oldular

Maykl Ceksonun filmi 1 milyard dollardan çox gəlir əldə edib

Aygün Kazımova Röyagilə qonaq getdi

“Yura dövrünün parkı”nın məşhur aktyoru vəfat etdi

Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək - YENİLƏNİB

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb

"Çukur"un aktrisası evləndi - FOTOLAR

Naibə Allahverdiyevanın adından dələduzluq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031