Turaztv.az » Xəbərlər » ƏZİZƏ AĞAHÜSEYNQIZI : İnciyib, çıxıb gedirəm - FOTO
Xəbərlər

ƏZİZƏ AĞAHÜSEYNQIZI : İnciyib, çıxıb gedirəm - FOTO

14.07.2026, 00:28 111
GEDİRƏM
Dünya açıq pəncərədir,
Boylanıb, baxıb gedirəm.
Çatammadım arzulara,
illəri yıxıb gedirəm.

Qönçədədi arzu, dilək,
Dərmək olmur ləçək-ləçək,
Hər birisi canlı çiçək,
Sinəmə sıxıb gedirəm.

Yarıtmadı həyat, neynim,
Açılmayir ruhum, eynim,
Qürubadı daha meylim
Durulub, axıb gedirəm.

Baxma dolub, qaralmışam,
Bu ömürdən bac almışam,
Buludlardan taç almışam,
Şimşəktək çaxıb gedirəm.

Aramızda pərdə qoyub,
Nəyim vardı burda qoyub,
O ki, məni dərdə qoyub,
İnciyib, çıxıb gedirəm.

12.07.2026

Oxşar xəbərlər