Qanunvericiliyə əsasən, ictimai iaşə obyektlərində, o cümlədən dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə qida məhsullarının təhlükəsizliyi ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Ət məhsulları +4°C-dən yuxarı temperaturda uzun müddət saxlanmamalıdır. Bu mikrobioloji çirklənmə riskinin qarşısını almaq baxımından olduqca vacibdir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, bişməmiş və ya natamam bişmiş ətin istehlakı qida zəhərlənməsi riski yarada bilər. Bu səbəbdən dönər məhsulu yalnız tam bişirildikdən sonra istehlakçılara təqdim edilməli, satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır:

Dönərlə birlikdə təqdim edilən sous, mayonez və tərəvəzlərin də saxlanma rejiminə nəzarət edilməlidir.

İşçi heyətin şəxsi gigiyenası, iş prosesində istifadə olunan avadanlıqların və hazırlıq sahələrinin təmizliyi qida təhlükəsizliyi baxımından vacibdir. Dönər hazırlayan işçi mütləq birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyü taxmalıdır. Çarpaz çirklənmənin qarşısının alınması məqsədilə dönər hazırlayan və ya satışa təqdim edən işçilərin digər əşyalara toxunmasına yol verilmir.

“Sadalanan tələblərə riayət edilməməsi qida zəhərlənməsi və kütləvi sağlamlıq problemlərinə səbəb ola bilər. Belə hallar baş verdikdə aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən nəzarət tədbirləri həyata keçirilir və operativ müdaxilə təmin olunur.

Unutmayaq ki, dönər kimi geniş istehlak olunan məhsulların təhlükəsiz hazırlanması və satışı təkcə qanunvericilik tələbi deyil, həm də ictimai sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir qida obyekti məsuliyyətini dərk etməli, istehlakçılar isə qida seçimində diqqətli olmalıdır. Qida təhlükəsizliyi sağlam gələcəyin əsas şərtidir", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930