Xəbərlər
29.08.2025, 01:07
BRİLYANT QURBANOVA : Düşübsən, bacarsan üz, çıxacaqsan... - FOTO
Çıxacaqsan.
Bir çimdik duz götür, bir loxma çörək,
And iç ki, əhdinə düz çıxacaqsan.
Nakam bir sevgidən od alsa sinən,
Sanma ki, altından köz çıxacaqsan.
Dözmürəm sevginin sərinliyinə,
Qoy qalım yanında bir günlüyünə,
Sən mənim könlümün dərinliyinə
Düşübsən, bacarsan üz, çıxacaqsan...
Bir həsrət, bir ümid, bir güman mənim
Əzəldən ömrümə olubdu qənim,
Əgər düşsə qəlbə bircə yol yönüm,
Atəştək oradan "düz" çıxacaqsan.
And iç ki, əhdinə düz çıxacaqsan.
Nakam bir sevgidən od alsa sinən,
Sanma ki, altından köz çıxacaqsan.
Dözmürəm sevginin sərinliyinə,
Qoy qalım yanında bir günlüyünə,
Sən mənim könlümün dərinliyinə
Düşübsən, bacarsan üz, çıxacaqsan...
Bir həsrət, bir ümid, bir güman mənim
Əzəldən ömrümə olubdu qənim,
Əgər düşsə qəlbə bircə yol yönüm,
Atəştək oradan "düz" çıxacaqsan.
28.08.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












