ÜRƏKDƏ QALIB

Nakam məhəbbətim qəlbimdə qalıb,
Sınmış bir ağacın budaqları tək.
Sənli xəyallarım avara qalıb,
Dərin dəryalarda üzən gəmi tək...

Sən getdin, ürəkdə xatirən qalıb,
Itkin bir gəlinin göz yaşları tək.
Ulduzlar göylərdən həsrətlə baxır,
Nakam sevgimizin keşikçisi tək.

Gecəylə-gündüzüm avara qalıb,
Bir dəli ürəyin döyüntüsü tək.
Intizarlı baxış yollarda qalıb,
Həsrətli vüsalın son nəğməsi tək.

Ürəkdə hələ də bir ümid qalıb,
Dəli kimi axan coşqun sellər tək.
Sonsuz məcralara sığmayıb qalıb,
Nakam məhəbbətin son nəğməsi tək...

Bəxtim qara gəldi axı nə edim???
Həyatın gərdişi bu imiş demək.
Cavabsız sevgidən incidim yenə,
Talehin amansız bir zərbəsi tək.

Sənin gözlərindən süzülən bir yaş,
Mənim gözlərimdə quruyacaqdır...
Sənin topuğuna toxunan bir daş,
Mənim ürəyimə saplancaqdır.

Həyatın ən gözəl anında belə,
Səninlə bir ömür yaşanacaqdır.
Bəs niyə həsrətin bitdiyi yerdə,
Ayrılıq nəğməsi çalınacaqdır...



Qar döşənmiş pillələr...


Gecə yarı, xəyallara dalıram,
İlk görüşü, son görüşü anıram.
Daş pilləni hey yadıma salıram,
Qalxır-enir yavaş - yavaş pillələr.
Yuxuma gəl, qar döşənmiş pillələr...

Xatirələr hey canlanır gözümdə,
Şirin sözün yaddaşımda, sözümdə.
Sənli, sənsiz qocalıram özüm də,
Qalxır-enir yavaş - yavaş pillələr.
Yuxuma gir, qar döşənmiş pillələr...

Şəhla Yaşar sorağında gəzərsən,
Sözlərinə bal-şəkəri düzərsən,
Qəribsəyib birdən sən də deyərsən
Qalxır-enir yavaş - yavaş pillələr.
Yuxuma gir, qar döşənib, pillələr...


Bakı şəhəri,
“Qızıl Qələm” media mükafatı laureatı
Şəhla Yaşar qızı Qəmbərova
Şəhla Yaşar…

Son xəbərlər

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Almaniyada hər ay 15 min iş yeri bağlanır

“Çirkin”in aktyoru nişanlandı - FOTO

Sözün Hikmət günəşi, hər zaman əlahəzrət sözlərinlə günəş parlaqlığında qal...

Doğum gününüz mübarək olsun, əziz Ana! - FOTOLAR

SÖZÜN RƏNGİ, SƏSİ VƏ ƏTRİ...

Dənizdə batan Ümid müstəntiq işləyirmiş

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları – Həkim məsləhəti

Xəzər dənizində zəlzələ olub

Bakıda evdə meyit tapıldı

Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031