
Xəbərlər
14.08.2025, 01:35
ARİF MUSA : KÖNLÜMÜN SAHİLİNDƏ - FOTO
KÖNLÜMÜN SAHİLİNDƏ
Sükut kimi durmuşam,
Könlümün sahilində.
Sirli xəyal qurmuşam,
Könlümün sahilində.
Niyə saldım yadıma?
Yenə yandım oduma...
Allah çatsın dadıma,
Könlümün sahilində!
Bir şübhə qoymur məni,
Yox edim duman,çəni,
Bəlkə itirdim səni,
Könlümün sahilində?
Bu,qəribə həyatdı,
Nə itirdi,nə atdı...
Könlüm könlünə çatdı,
Könlümün sahilində.
Könlümün sahilində.
Sirli xəyal qurmuşam,
Könlümün sahilində.
Niyə saldım yadıma?
Yenə yandım oduma...
Allah çatsın dadıma,
Könlümün sahilində!
Bir şübhə qoymur məni,
Yox edim duman,çəni,
Bəlkə itirdim səni,
Könlümün sahilində?
Bu,qəribə həyatdı,
Nə itirdi,nə atdı...
Könlüm könlünə çatdı,
Könlümün sahilində.
23.07.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













