Zamin Babazadə
Gənclərimizin elmi dərəcə alması üçün Mirvarid Dilbazi yaradıcılığına müraciət etməsi çox təqdirə layiqdir.
Belə gənclərdən biri də Zamin Babazadədir.
Zamin Babazadə magistrdərəcəsi almaq üçün öz
dissertasiyasını bizə göndərdiyinə görə təşəkkür edirik.
Müəllif hüqulqrının qorunmasına görə dissertasiyanın yalnız giriş hissəsini sizlərlə paylaşıram.

"GİRİŞ"

Mövzunun aktuallığı.
Mirvarid Dilbazi iyirminci əsrdə Azərbayan ədəbiyyatının inkişafında böyük xidmətləri olan qüdrətli sənətkardır. Onun ana dilimizin gözəlliyini, qüdrətini əks etdirən dərin məzmunlu şeirləri, mənzum poemaları geniş oxucu kütləsinin dilinin əzbəri olmuş, gənc nəsildə millivə ümumbəşəri mənəvi dəyərlərin, vətənpərvərlik hislərinin formalaşmasında misilsiz rol oynamışdır.
M. Dilbazi istər heca, istərsə də əruz vəznində, eləcə də sərbəst şeirdəsöz sənətimizin dəyərli nümunələrini yaratmışdır.Şairin poeziyası mövzu, janr müxtəlifliyi, dil-üslub əlvanlığı ilə diqqəti cəlb edir. M. Dilbazinin poetik əsərləri Azərbaycan ədəbi dilinin zənginliyini, bədii ifadə imkanlarını sübut edən sənət nümunələridir.

70 illik çoxşaxəli yaradıcılığı dövründə şairin müxtəlif janrlarda əsərlərdən ibarət 40-dan çox kitabı nəşr olunmuşdur.Ümummilli liderimiz Heydər Əliyev xalq şairi Mirvarid Dilbazi haqqında demişdir: “Mirvarid xanım, siz 30-cu illərdən başlayaraq Azərbaycan şeirini, ədəbiyyatını inkişaf etdirən böyük və gözəl şairlər, yazıçılar dəstəsinin bu günlərə çatmış yeganə nümayəndəsisiniz… Azərbaycan xalqı sizinlə fəxr edir.Çünki siz XX əsrin tarixi bir şəxsiyyətisiniz.Azərbaycan ədəbiyyatının, şeirinin klassikisiniz”.[39,s.39]
Ulu Öndərin şairin yaradıcılığına verdiyi böyük qiymətdə bu qüdrətli sənətkarın şəxsiyyəti və yaradıcılığı yüksək dəyərləndirilmiş, onun yaradıcılığını səciyyələndirən əısas xüsusiyyətlər layiqli qiymətini almışdır.Bu qiymət sənətkarın yaradıcılığına müasir baxış mövqeyindən yanaşılması, müxtəlif dövrlərdə yazılmış əsərlərinə müasir ədəbi meyarlarla, elmi yanaşmalarla münasibət bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Şairin ədəbi irsində aktual mənəvi-əxlaqi problemləri, həyat həqiqətlərini əks etdirən lirik, epik poeziya nümunələri ilə yanaşı, satirik üslubda yazılmış əsərlər də mühüm yer tutur.
Bu satiralar həm mövzu, həm forma cəhətdən olduqca əlvandır. Şairə cəmiyyətdə gördüyü nöqsanları bu satiralarında pisləmişdir. “Müftəxor”, “Mənim qonşum”, “Ona mələk dedilər”, “İki yoldaş”, “Nə xəz gəldi nə ….”, “Dəmir sandıq yekəldi, dəmir sandıq kökəldi” satiraları, şairənin bu şeir növündən məharətlə istifadə etdiyinin bariz sübutudur.
Şairənin uşaq ədəbiyyatı üçün verdiyi töhfələr haqqında da tədiqat aparmaq, elmi yazılar çap etdirmək olduqca əhəmiyyətlidir.Onun uşaq ədəbiyyatı üçün yazılmış əsərləri olduqca sadə və asandır.Tədqiqat işində onun bir çox uşaq ədəbiyyatı nümunələrinə yer vermişik.Yazıçı Əzizə Əhmədova onun uşaq ədəbiyyatı nümunələri üçün yazır: “M. Dilbaziyə qədər uşaqlar üçün əsər yazmış yazıçılarımızın çoxusu uşaq psixologiyasına yaxşı bələd, zəngin pedaqoji təcrübəyə malik istedadlı yazıçılar idi. Lakin onların heç biri uşaqları ana-şair kimi tanımadığından, uşaqlarla “ana dili ilə” danışıb onları ana kimi ovundura bilməzdi”.[29, s.44]
Şairin şəxsiyyəti ilə yaradıcılıq amalı, fərdi keyfiyyətləri ilə sənət aləmi arasında ahəngdarlığı əks etdirən poeziyasının özəlliklərinin tədqiqinə müasir dövrdə böyük ehtiyac duyulur.Çağdaş dövrümüzdə şairin uşaq əsərləri, təhsil, məktəb həyatı mövzusunda, ailədə övlad-valideyn münasibətlərini əks etdirən şeirləri olduqca əhəmiyyətlidir.Sənətkaragörə ailə cəmiyyətdir. Bu cəmiyyətin özəyində isə məhəbbət dayanır.M. Dilbazinin poeziyasında bu yönümlü yanaşma və təhlillər aparmaq və oxucu üçün maraq yaratmaq vacibdir.
Burada əks olunan Cənub mövzusu bu gün üçün də aktual olan bir məsələdir. İkiyə bölünən Vətənin acı taleyi şairə təsir etmiş, onu kədərləndirmişdir.Şairənin bu qəbildən olan şeirlərinə sovet dövründə və sonrakı dövründə diqqət verilməmişdir. Yazıda az da olsa bəzi şeirlərə şərhlər verilmiş, cənub mövzusuna müasir və müstəqil düşüncə ilə yanaşılmışdır.
Mirvarid Dilbazinin şeirlərində olan folklor motivlərini araşdırmaq da olduqca vacib işdir.Onun əsərlərində tez-tez folklor nümunələrinə rast gəlinir. Şifahi söz sənətimizxalqın tarixi düşüncəsini qorxusunu, həyəcanını, kədərini, sevincini göstərən nümunələrdir.Dilbazi əsərlərində bunları tapmaq və şərh etmək olduqca vacibdir.Bu yazıda biz də müəyyən qədər bunun öhdəsindən gəlməyə çalışmışıq.
M. Dilbazinin şeirləri forma cəhətdən zəngindir.Bu sahədə yazılar olduqca azdır.Şairə şeirlərində müxtəlif formalardan istifadə etmişdir.Onun işlətdiyi formalara bu yazıda yer vermişik.Həm uşaq şeirləri, həm də digər nəzim parçalarına diqqət edərək onun şeir formalarına izahlar verməyə çalışmışıq.
Tədqiqatın predmeti. Görkəmli xalq şairi Mirvarid Dilbazinin poeziyasının müsbət cəhətlərini, əlvanlığını, tərbiyəvi motivlərini, folklor motivlərinə müraciətini, bölünən,parçalanan Vətənə olan yanğısını, onun şeirlərinin forma rəngarəngliyini, dil üslub əlvanlığı və ifadə vasitələrini araşdırmaq bu tədqiqatın əsas predmetlərini təşkil edir.
Tədqiqat işində onun vətənə məhəbbətindən, ana-övlad məhəbbətindən, əxlaqi-tərbiyəvi mövzuda yazdığı əsərlərindən, xalqın qədim yaradıcılığına, folkloruna müraciət ediyi əsərlərindən, bu qəbildən olan tapmacalardan, bayatılardan, laylalardan, oxşamalardan danışılır.Bu tədqiqat əsərində şairənin ikiyə bölünən Vətənə, Azərbaycanın parçalanmasına həsr olunan şeirlərinə geniş yer verilmişdir.Bunlarla yanaşı şairənin əsərlərinin forma rəngarəngliyindən, dil üslub xususiyyətlərindən, bədii təsvir və ifadə vasitələrindən də geniş bəhs olunur.
Tədqiqatın məqsədi və vəzifələri.Tədqiatın məqsəd və vəzifələrini M.Dilbazinin poeziyasının üstün cəhətlərinin ortaya çıxarılması, onun poezyasının tədqiqat obyektlərinin və istinad nöqtələrinin araşdırılması təşkil edir. Bu problemin həllinə nail olmaq üçün tədqiqatda aşağıdakı elmi məsələlərin şərhinə üstünlük verilmişdir.
• M. Dilbazinin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu araşdırmaq;
• M. Dilbazinin həyat və yaradıcılığını, məqalələrini və nəzm əsərlərini tədqiqata cəlb edib, müəyyən elmi təsəvvür yaratmaq;
• M. Dilbazi şəxsiyyəti və XX əsr daha sonar XXI əsr Azərbaycan həyatı probleminə toxunmaqla onun ədəbiyyatdakı mütərəqqi rolunu müəyyənləşdirmək;
• Azadlığın bərpası ilə şairənin yaradıcılığında baş verən dəyişiklikləri araşdırıb oxucuya təqdim etmək. Eyni zamanda onun yaradıcılığında müstəqilliklə bağlı ortaya çıxan məzmun məsələlərinə diqqət çəkmək;
• Hələ o dövrdə şairənin müraciət etdiyi mövzulara və onun əməkdaşlıq etdiyi mətbuu orqanlarına münasibətini araşdırmaq;
• Bir maarifçi, yenilikçi olan Dilbazi xanımın irsinin səciyyəvi cəhətlərini ortaya çıxarmaq;
• Onun əsərlərində olan tərbiyəvi- əxlaqi motivləri ortaya çıxarmaq;
• Müstəqillikdən əvvəl və sonra şairənin cənub mövzusuna yanaşma tərzini araşdırmaq;
• M. Dilbazinin poezyasındaforma rəngarəngliyini göstərmək;
• M. Dilbazinin əsərlərində dil-üslub xüsussiyyətlərində olan fərqli məqamları ortaya çıxarmaq;
• Onun yaradıcılığını təhlil etməklə əsərlərində müraciət olunan folklor motivlərini araşdırmaq və oxucuya təqdim etmək;
• Onun əsərlərində işlədilən məcazların işlənmə məqamlarını və zənginliyini ortaya çıxarmaq;
Mövzunun tədqiq tarixi.Ümümiyyətlə Dilbazi haqqında tədqiqatlar hələ onun sağlığında başlamışdır.Onun həyatı haqda ən böyük məlumat özünə aid olsa da, yaradıcılığı əksər tənqidçilər, ədəbiyyatşünaslar tərəfindən tədqiq olunmuşdur.Onun yaradıcılığı haqqında bir çox kitablar, monoqrafiyalar, tədqiqat işləri və dövrü mətbuatda bir çox məqalələr işıq üzü görmüşdür. Bəkir Nəbiyev “Söz ürəkdən gələndə”, Südabə Ağabalayeva “Zamanla üz-üzə”, K.M. Həmidov “Dilbazi Mirvarid. Biblioqrafik göstəricilər”, Ə.Əhmədova “Bu ellərə vurulmuşam”, Əliyev Ziyadxan “Poeziyamızın Mirvarid Dilbazi səhifəsi”, Abbaszadə Hüseyn “Şeirə mirvarilə varid olan şair”, Şəlalə Mahmudova, Yusif Aslanov “Mirvarid Dilbazi və uşaq ədəbiyyyatı”, Kazımlı Kazım “Şeirimizin incisi-Mirvarisi”, Xəlilzadə Flora “Şeirimizin Mirvarisi” və s. əsərlər bu silsilədən bir neçəsidir.
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti.İstər müstəqillikdən əvvə, istərsə də müstəqillik dövrünün ictimai-siyasi, mənəvi-əxlaqi problemlərinin şeir janrındakı bədii təcəssüm xüsusiyyətlərinin sistemli araşdırılması janrın ideya-məzmun, bədii komflikt, xarakter, qafiyə, ahəng, ritm, süjet və kompazisya, ədəbi ənənə və novatorluq, tarixilik və müasirlik, kontekslərindəki poetik imkanlarını üzə çıxarmağa, başqa sözlə, janrın poetkasını konkret mərhələdəki təkamül yolunu izləməyə imkan vermişdir.
Tədqiqatdan alınan nəticələr, janr poetkasının zənginləşməsinə əsas verdiyi üçün nəzəri cəhətdən dəyər kəsb edir.
Tədqiqatın nəticələrindən seçmə fənlərin tədris prosesində dərs vasitələrinin və proqramların tərtibində istifadə etmək olar. Bu cəhətdən işin praktik əhəmiyyətini təşkil edir.

Tədqiqatın metadoloji əsası. Araşdırma zamanı ədəbi - tarixi tədqiqat üsuluna istinad edilmişdir. Yeri gəldikcə təsviri-şərh, struktur yanaşmalardan da istifadə olunmuşdur. Dissertasiyada təhlillər prosesində sosialoji və müqaysisəli tipoloji metodlardan istifadə olunmuş, ictimai tarixi faktlara, ədəbi-elmitəhlilin vəhdətinə əsaslanmışdır. Nəticələrin ümumi səciyyəsi konkret misallar əsasında geniş şərh olunur. Magistr dissertasiyasında problemlə əlaqədar olaraq nəzəri təhlil və elmi ümumiləşməyə geniş yer verilmişdir.
Tədqiqatın aqrobasiyası. Bu dissertasiya Azərbaycan Dövlət Pedeqoji Universitetinin Azərbaycan ədəbiyyatı və tədrisi metodikası kafedrasındayerinə yetirilmişdir. Magistrlik işinin yazılmasına səbəb Mirvarid Dilbazinin poezya yaradıcılığına diqqət çəkmək və yeni nəticələr əldə etməkdir. Dissertasiyanın digər müdəaları referatda öz əksini tapmışdır.
Tədqiqatın elmi yeniliyi. Tədqiqat işinin elmi yenilikləri aşağıdakılardan ibarətdir.
• Dilbazinin poeziyası araşdırılmış, şeirlərə yeni müstəvidən yanaşılmış, şərhlər verilmişdir;
• Bir şair kimi Mirvarid Dilbazinin irsinin səciyyəvi cəhətləri müəyyənləşdirilib;
• Bütün növdə və janrda olan şeirlərinin dil-üslub xüsusiyyətləri geniş formada yenidən oxucuya təqdim olunub;
• Şairənin müxtəlif dövrlərdə yazdığı şeirlərdə ruh yüksəkliyi və ruh düşkünlüyü paralel şəkildə öyrənilmişdir;
• Tədqiqatda bəzi məqalələr təhlil olunmuş M. Dilbazi poeziyası haqqında ümumiləşmiş fikirlərə yer verilmişdir;
• Azərbaycançılıq ideyasının formalaşmasında şairənin şeirlərinin əhəmiyyətindən geniş danışılmışdır;
• Dil üslub məsələləri geniş aspektdə təhlil olunmuşdur.

Gullu Eldar Tomarli

Son xəbərlər

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031