İlk kitabın mübarək, Arzu Yaqubqızı!
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 21 iyun 2024-ci il, saat 14:00-da Arzu Yaqubqızının '' Nağıl kəlağayım, sirr kəlağayım“ kitabının təqdimatı keçiriləcəkdir.
Arzusunda olan hər bir şəxs tədbirdə iştirak edə bilər.

**********

İlk kitabın mübarək, Arzu Yaqubqızı!

Arzu Yaqubqızı poeziyasının ilk nübarı, ilk kitabı, Mirvarid Dilbazi Poeziyasının növbəti uğuru...Bütövlükdə möhtəşəmdi, kitabın adı da könül açandı, milli dəyərdi--Nağıl kəlağayım, sirr kəlağayım.
Kitabın redaktoru- Güllü Eldar Tomarlı, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru,məsləhtçi- Tərlan Musayeva, Prezident təqaüdçüsü, əmək qəhrəmanı rəyçilər- Xatirə Dilbazi, Mirvarid Dilbazinin qızı, Vüsal Sehranoğlu, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini

*************

ŞEİR DUYĞULARIN SƏSİDİR
(ön söz)

Musiqi kimi şeir da ruhumuzun mənəvi qidasıdır.Livan yazıçısı, filosofu, rassamı Cübran Xəlil Cübranagöra, poeziya - sevinc, ağrı, taaccüb və bir az da lüğətdən götürülmüş sözlərin axınıdır. Bərdədə yaşayan şair xanım Arzu Yaqubqızı isə şeiri "insanlıq halı", doğrunun səsi"hesab edir. Doğrudan da uğurlu bənzətmədi. Axı şeir,ümumi götürsək, söz sənəti duyğuların bəzən həzin bəzən də kükrəyən səsidir. "Gecəylə həmdəm olub"səhərədək duyğuların beşiyində yuxusuz qalan Arzu xanım "sevginin rəngi"ni axtaranda qarşısına gözəllik çıxır. Əsl söz adamının gözəllikləri tapıb, vurulub, vəsf
edib sözə çevirməkdən başqa nə missiyası olar ki? F.Dostoyevski kimi Arzu xanım da əmindi ki, dünyanı gözəllik xilas edəcək. Şair xanım inanır ki, gözəlliklərin yaradıcısı insanın mənəvi dünyasıdı:
Dünyamızın ən şah əsəri - həyat,
Tanrı yazısının qələmləri - biz.
Mürəkkəb qurtarar, ömür də heyhat,
Bircə qalır yaxşı əməllərimiz.

Arzu xanım barışçı və savaşçı Türk qızıdır. Zərif qəlbi insanlığa qənim kəsilənlərə qarşı barışmazdı. Bu mübarizədə uduzmaq ona yaddır. Nə olsun ki, bəzən sinəsindəki həsrətin neyi ilə nisgilini çalır. Onun nisgili, həsrəti də üsyankardı. Bu söz adamının taleyidir. Onun ilahi kədəri könül çırpıntılarını sözə gətirməyə kömək edir. Sözləri misralara muncuq kimi düzür:
Ömür il körpüsüdür,
Sözlər dil körpüsüdür,
Zalım qıl körpüsüdür,
Bu körpüdə qalan mən.

Arzu xanım könül verdiyi sözü tumarlaya-tumarlaya gənc və təravətli saxlamağı bacarır. Qəlbinin yaradıcılıq yanğısına arxayındır ki, haqsızlıq görəndə susmayacaq.Bilir ki, "pöhrə təbini qələmi böyüdəcək". Həm də o, "bir sevgi heykəlidir, məhəbbət qalasında", sözünə çox sadiqdir, ona xəyanət edə bilməz. Buna görə də təxəyyülündən süzülən sözlər bəzən klassik görünür:
Deyə bilmədiyim sözlər qocalar,
Lazım gəlməyəndə sən sussan əgər.
"Ağrımaq da ömrə naxışdır” nəticəsinə gələn şair
xanım əmindir ki, mərdin pis əməli olmaz. Ürəyinə öyüd-
nəsihəti də özünəməxsusdur: "hər nə olursan, ol, mərd ol,
ürəyim”.

Onun həssas ürəyi ilə yanaşı həssas gözü var:
Dünya boyda bir göz olar,
Gözəlliyi axtaran göz.

Arzu xanım milli ruhlu, düşüncəli Azərbaycan xanımı kimi ona Tanrının verdiyi mənəvi bəxşişin -abır-həyanın, ismətin, namusun, bir sözlə, bütün mənəvi saflıqların keşiyindədir. Bunu xalqımızın qədim milli baş örtüyü kəlağayını tərənnüm edən silsilə şeirləri tam təsdiq edir."Şeytan sifətlilər cildlənib mələkləri çaş qoyan"zəmanədə "doğrunun səsi"ni axtaran Arzu xanımın qidası sözdür. Mənəvi qida ilə böyüyənlər mənəvi ac, maddi
toxdurlar. "Qıfıl adamlar"ın əlindən cana gəlsə də, şair xanım ürəyində arzu və ümidlər daşıyır. Müqəddəs yükdü. "Ümid çatlasa da, arzu qırılmaz", Arzu xanım.İnsanı yaşadan "insanlıq halı"dır, əziz bacım...

Güllü Eldar Tomarlı
Mirvarid Dilbazi Poeziya Məclisi
İctimai Birliyinin sədri,
şəxsi "Kəlağayı Muzeyi"nin direktoru

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930