Hollivud ulduzu Jan Klod Van Dammın azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə izləyicilərinin ünvanladığı sualları cavablandırıb.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, o, Amerikaya köçməsindən və orada yaşamasından bəhs edib:

"Bu, cəsarət və motivasiyadan daha çox şey tələb edir. Sevgiyə görə, koronavirus ərəfəsində köçdüm. Fərqli qitə. Mənim ölkəmdə müharibədən sonra. Uçuşlar və viza qaydaları ilə məşğul olmaq çətin idi. "Green card" prosesi Covid-19 səbəbilə mənim üçün gecikdi. Depressiyada idim və hələ də bunu içimdə hiss edirəm. Bir uçuşdan o birinə gedərkən evlərin heç birini öz evin kimi hiss etmirsən. Sanki, heç vaxt belə yaşamağa öyrəşməyəcəksən, yeni ölkəyə, yeni mədəniyyətə, yeni siyasi sistemə, həyatın yeni qaydalarına və sair... Hər şeyi qurban verirsən. Ailəniz, dostlarınız, alışdığınız həyat... Həqiqətən çətindir. Məncə, bununla heç nə müqayisə oluna bilməz. Hələ tam uyğunlaşmamışam, hələ də üzərində işləyirəm.

Amerikaya köçmək mənim üçün psixoloji olaraq çox mürəkkəb bir proses idi. Deyərdim ki, insan sadəcə yerini yox, kimliyini də dəyişmiş kimi olur. Əvvəlcə hər şey yeni, maraqlı, amma bir az sonra içində bir boşluq yaranır. Keçmişinə bağlısan, amma gələcəyi də qurmağa çalışırsan. Bu iki dünya arasında qalmaq insanı yora bilir. Tanımadığın bir mühitdə sıfırdan həyat qurmaq, özünü tanıtmaq və qəbul etdirmək çox güc tələb edir. Hətta ətrafında insanlar olsa da, özünü yad və tək hiss edirsən. Bu təkcə bir coğrafi dəyişiklik deyil - ruhunun, düşüncələrinin, emosiyalarının da uyğunlaşması deməkdir. Mənim üçün bu, sadəcə bir köç deyil, daxili bir dönüşüm oldu".

Qeyd edək ki, Suada Van Dammın oğlu Kristoferlə ailəlidir. Cütlük 2021-ci ildə Türkiyədə nikah masasına oturub. Onlar Amerikada yaşayırlar.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031