ABŞ prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdə görüşü Cənubi Qafqaz vasitəsilə strateji tranzit dəhlizinin inkişafı üzrə ABŞ-nin müstəsna hüquqlarını ehtiva edən sülh sazişinin imzalanması ilə başa çatacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" rəsmilərə istinadən məlumat yayıb.


"Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə Trampla danışıqlar və imzalanma mərasiminə qatılacaqlar. ABŞ rəsmiləri anonimlik şərti ilə bildiriblər ki, onlar "sülhə aparan konkret yol"a nail olmaq və uzun müddətdir davam edən tranzit problemini həll etmək məqsədi daşıyan çərçivə sənədini imzalayacaqlar və Tramp sülh sazişini elan etməyə hazırlaşır", - deyə agentliyin mənbələri bildirib.

Azərbaycan Ermənistan ərazisindən öz ərazisinin böyük hissəsini Türkiyə ilə həmsərhəd Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizi tələb edib.

Rəsmilər bildiriblər ki, liderlərin cümə günü imzalayacaqları sənədlərin diqqətlə müzakirə olunmuş hissəsinə əsasən, Ermənistan ABŞ-yə Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu adlanacaq uzunmüddətli tranzit dəhlizinin inkişafı üçün eksklüziv, xüsusi hüquqlar verməyi planlaşdırır.

“Reuters”in məlumatına görə, rəsmilər ABŞ-nin ərazini infrastruktur və idarəetmə ilə məşğul olacaq konsorsiuma subicarəyə verəcəyini bildirib.

"Kommersiya tədbirləri vasitəsilə bu addım regionu blokadadan çıxaracaq və gələcək döyüşlərin qarşısını alacaq", - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Azərbaycan və Ermənistan liderləri münaqişənin həllində vasitəçilik etmək üçün 1992-ci ildə Fransa, Rusiya və ABŞ-nin həmsədrliyi ilə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edən sənədləri də imzalayacaqlar.

Nuranə Abbasova

Son xəbərlər

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930