Xəbərlər
1.08.2025, 00:42
GÜLNARƏ MƏHƏMMƏDQIZI : Duymadıq ürəkləri - FOTO
Zahiri görmək asan-
Gizli tərəf maraqlı.
Gözlə görmək olarmı,
Kini,vicdanı, ağlı?
Hislərimizin gözü,
Bəsirətdən açıqdır.
Bizə sirli qalanlar,
Hələ də dolaşıqdır.
Hər kəs öz içindədir,
Ağ, qara ,gah kirlidir.
Bəzən insan aynası,
Özündən də gizlidir.
Hər baxışda həqiqət,
Hər zaman deyi,şəffaf.
Sükut danışar bəzən,
Qopar içdən gizli sap...
Sən bir möcüzəyə bax-
Aya,kosmosa çatdıq.
Duymadıq ürəkləri,
Bir ovuc suda batdıq
Gizli tərəf maraqlı.
Gözlə görmək olarmı,
Kini,vicdanı, ağlı?
Hislərimizin gözü,
Bəsirətdən açıqdır.
Bizə sirli qalanlar,
Hələ də dolaşıqdır.
Hər kəs öz içindədir,
Ağ, qara ,gah kirlidir.
Bəzən insan aynası,
Özündən də gizlidir.
Hər baxışda həqiqət,
Hər zaman deyi,şəffaf.
Sükut danışar bəzən,
Qopar içdən gizli sap...
Sən bir möcüzəyə bax-
Aya,kosmosa çatdıq.
Duymadıq ürəkləri,
Bir ovuc suda batdıq
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
