Sahibə Qafarova: Dünyadakı münaqişə, müharibə və humanitar böhranlar fonunda qadınlar xüsusilə həssas vəziyyətdədirlər

Hazırda dünya bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınlar xüsusilə həssas vəziyyətdədirlər.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Samitində çıxış edərkən deyib.

O bildirib ki, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər:

"Həmçinin, münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha da dərinləşdirir, qadın hüquqları sahəsində əldə olunan nailiyyətlərin üstündən xətt çəkir. Qadınlar təkcə fiziki təhlükəsizliyini deyil, həm də ictimai-siyasi həyatın tamhüquqlu iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq imkanlarını da itirirlər".

Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeyd edən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı, təkcə bu ərazilərin tamamilə məhv edilməsi ilə deyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitar böhranla nəticələndi, təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Spikerin sözlərinə görə, onların 52 faizini qızlar və qadınlar təşkil edib. Bu qadınlar evlərini, ailələrini və təhlükəsizliklərini itirdilər.

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini qabaqlayaraq, qadınlara səsvermə hüququ verən ölkə olduğunu deyən Sahibə Qafarova ölkənin qadınların hüquqlarının və onların ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməyinə sadiq olduğunu söyləyib. Qeyd olunub ki, bu mənada, keçmiş məcburi köçkün və qaçqın qadınlar da istisna deyil.

Milli Məclisin sədri deyib ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması ilə bağlı tədbirləri uğurla həyata keçirir. Bu gün bu ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Qadınlar isə sosial-iqtisadi infrastrukturun yaradılmasında, təhsil və tibb müəssisələrinin fəaliyyətində, davamlı inkişaf, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası təşəbbüslərinin həyata keçirilməsində fəal rol oynayırlar.

Bundan başqa, baxılmaqda olan "Gender bərabərliyinin təmin edilməsi üzrə Milli Fəaliyyət Planı"nın layihəsində işğaldan azad edilmiş ərazilərə qayıdan qadınların məşğulluğunun təmin edilməsi, onların rəqəmsal bacarıqlarının artırılması, ehtiyaclarının müəyyən edilməsi üçün tədqiqatların aparılması və digər məsələlərin öz əksini tapdığını söyləyən Sahibə Qafarova, vurğulayıb ki, Ermənistan tərəfindən basdırılan 1,5 milyon mina hələ də görülən işlərə əsas maneə olaraq qalır. Ərazilərin minalardan təmizlənməsində, böyük insan və maliyyə resurslarının cəlb edilməsini tələb edən tədbirlərdə də Azərbaycan qadınları iştirak edirlər.

Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, qadınların iştirakı olmadan dayanıqlı dünya qurmaq mümkün deyil. Qadınların proseslərə fəal cəlb olunması zorakılıq risklərini azaltmağa kömək etməklə yanaşı, uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.

Qeyd edək ki, sammitdə 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yə yaxın nümayəndə iştirak edib.


Son xəbərlər

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31