ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru,
filologiya elmləri doktoru,
professor
Mahirə Hüseynova

Tələbələr ənənəvi olaraq əhalinin sosial müdafiəyə, dəstəyə ehtiyacı olan ən həssas təbəqələrindən biri hesab olunur və bu yekdil qənaət dünyada, həmçinin Azərbaycanda da beləcə qəbul edilir. Buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2025-ci il 24 iyul tarixli “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamı və “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanı ancaq təhsil ictimaiyyəti deyil, cəmiyyətimizin bütün təbəqələri tərəfindən vaxtında atılan addım kimi qarşılandı.

Bu fikirləri AZƏRTAC -a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova deyib. Prorektor bildirib ki, imzalanan Sərəncam və Fərman özündə Azərbaycan Respublikasında 30 ildən artıq müddətdə təhsilə dövlət qayğısını ifadə edən təsdiq edən faktlardan biri kimi də qəbul oluna bilər: “Dövlətin təhsil siyasəti ölkədə müxtəlif sahələr üzrə əmək bazarının və cəmiyyətin tələbatı nəzərə alınmaqla şaxələnməsinə baxmayaraq, vahid yanaşması ilə səciyyəvidir və ali təhsil müəssisəsində fəaliyyət göstərən şəxs olaraq adıgedən sənədləri tələbəyönümlü sənəd kimi dəyərləndirirəm. Ali dövlət sənədlərinə sadəcə olaraq “əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” kimi yanaşmaq yox, həmin Sərəncamın mənəvi tərəfinə xüsusilə diqqət yetirmək istərdik. Tələbə təqaüdlərinin mənəvi tərəfi ləyaqətin tanınması, təhsilə motivasiya və sosial məsuliyyətlə bağlılıqla bərabər, rəqabət mühiti yaradır ki, bu faktoru daha əhəmiyyətli hesab etmək lazımdır. Maliyyə dəstəyi kimi təqaüdlər tələbələri daha yaxşı akademik performans göstərməyə və universitet həyatında fəal iştirak etməyə həvəsləndirə bilər və hesab edirik ki, məhz bu amilə ali təhsil müəssislərində fəaliyyət göstərən ayrı-ayrı qurumlar diqqət yetirməlidir”.

O bildirib ki, bundan əlavə, həmin qurumlar adıçəkilən Sərəncamla eyni vaxta imzalanan “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanla təsbit edilən “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilsin” bəndinin icrası zamanı xüsusilə diqqətli olmalıdır. "Uzun illərin pedaqoji təcrübəsindən çıxış edərək bu məsələnin həssaslığı üzərində dayanmaq istərdim. Hər bir fərd kimi, tələbələr də tamamilə haqlı olaraq nailiyyətlərinin tanınmasını şəxsi uğurların ilkin şərti kimi qəbul edirlər və bu qənaətlərində birmənalı olaraq əmindirlər: hər bir adlı təqaüd tələbələri daha da inkişaf etməyə həvəsləndirən yüksək akademik performans və digər nailiyyətlərə görə mükafatdır. Sözün müstəqim mənasında adlı təqaüd almaq tələbələrin nəticələrini qorumaq və ya hətta yaxşılaşdırmaq üçün daha yaxşı oxumağa əlavə stimul olmaqdan əlavə, onlar üçün təkcə maliyyə dəstəyi yox, həm də liderlik keyfiyyətlərini, komandada işləmək bacarıqlarını və digər mühüm səlahiyyətləri inkişaf etdirmək imkanıdır. Hər bir pedaqoji işçi, fərqi yoxdur, sıravi və ya rəhbər şəxs olsun, bilməlidir ki, adlı təqaüdlər gələcəkdə elmin, mədəniyyətin, iqtisadiyyatın və digər sahələrin inkişafına töhfə verəcək istedadlı tələbələrin dəstəklənməsinə yönəldilə bilər və bu, cəmiyyətimizin gələcəyi üçün ən faydalı töhfədir.

Təkcə ölkəmizin deyil, Qafqazın ən uzunömürlü ali məktəblərindən birinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxminli kollektivi adından deyə bilərəm ki, Prezident İlham Əliyevin imzaladığı son iki ali dövlət sənədi ölkə təhsilinə dövlətimizin növbəti münasibət göstəricisi kimi yadda qaldı", - deyə prorektor əlavə edib.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031