“Araz-Naxçıvan” Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk matçında “Aris”i 2:1 hesabı ilə məğlub edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı, maraqlı, dinamik oyun gördük. Bilirdik ki, rəqib bizə nə sürprizlər hazırlayıb. Yaxşı təşkilatlanmış komandadır, yaxşı futbolçulardır. Amma yenə də komanda şəklində oyuna düzgün yanaşdıq. Layiqli qələbə qazandıq. Bizi daha çox düşündürən özümüzük. Komanda göstərdi ki, həm oyun planında, həm də xarakter baxımından möhkəmdir. Zədəlilərimiz də sıraya qayıtdıqdan sonra daha da yaxşı olacaq.

- İkinci hissədə bir çox qol epizodları var idi. Həyəcanla bağlı idi, yoxsa hazırlığı yaxşı deyildi?

- Ustalıqla bağlı deyil. Futbol emosiya oyunudur. Ola bilər ki, emosiyaları üstün gəldi. O epizodlara komanda girirsə, ona alqış düşür. Qarşımızdakı rəqib yaxşı komanda idi. Oyunçular ən yaxşısını etməyə çalışırdılar.

- Buraxdığımız qol epizodunda penaltinin olub-olmaması açıq mövzudur. Nuno Rodriqeş meydana daxil olduqdan sonra özünü yaxşı göstərdi...

- VAR-ın tərəfdarıyam. Biz də gördük ki, penalti idi. Amma hakim fərqli qərar verdi. Hücumdan da qol buraxdıq. Siz komandanı indi görürsüz, biz 14 günlük toplanışda hiss edirdik ki, xarakteri formalaşdırır. Möhkəm komandamız var. Düşünmürəm ki, bu gün sürpriz etdik. Daha da artığını etmək gücündəyik.

- Hakimin oyunu idarə etməsini necə dəyərləndirərdiniz?

- Hakimliklə bağlı danışmaq istəmirəm. Futbolu qoyub hakimlikdən danışsaq, komandanı unutmuş olacağıq. Özümüzə köklənirik.

- Naxçıvandan azarkeşlər də gəlmişdi oyununuza. Bu haqda fikriniz necədir?

- Bu gün atmosfer yaxşı idi. Azarkeşlər qol buraxandan sonra da komandanı tək buraxmadı, hücuma səsləyirdilər.
Ətraflı

- Siz oyundan sevinclə ayrıldız?

- Mən daha çox qələbə yox, futbolçularımın meydandakı tapşırıqları yerinə yetirməyə çalışmaqları maraqlandırırdı. Özlərinə güvənirdilər. Qələbə münasibətilə onları təbrik edirəm. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı matça hazırlaşmalıyıq.

- Türkiyədə toplanış keçdiz, yoxlama görüşləri oynadız. İlk rəsmi oyun idi. Bir ayda görmək istədiyiniz komanda bu idi?

- Tam desəm ki, əla idik, yaxşı idik, yox. Günü-gündən yaxşılığa doğru gedirik. Bu gün meydana çıxan oyunçuların 5-i yeni qoşulub bizə. Günlər keçdikcə, futbolçular da adaptasiyanı daha rahat keçəcək.

- Cavab oyunu ikiqat çətin olacaq. Yunan azarkeşlər çılğın olur. Futbolçuları atmosferə uyğunlaşdırmaq üçün hansı plan var?

- Heyətimiz cavan futbolçulardan ibarət deyil. Avrokuboklarda oynamış, təcrübəyə sahibik. Düşünmürəm ki, səfərdə aura onlara təsir etsin. Komanda şəklində buna da hazır olacağıq.

- Mərhələlər keçsəz, Azərbaycanda hansısa ev oyunun Naxçıvanda keçirmək mümkün olacaq?

- Biz də Naxçıvanda oynamaq istəyirik. Amma bu sual mənə aid deyil. Qərar olacaqsa, oyunlarımızı orada keçirək, komanda olaraq buna sevinərik. Oranın da başqa aurası var, futbolu orada da sevirlər. "Araz-Naxçıvan" çoxlarına sürpriz etdi, avrokuboklara getməklə. İlk qələbəmizi də qazandıq. Pillə-pillə arzulara doğru irəliləyirik.

- Patrik Andrade haqda hansı fikirdəsiz?

- Komandanın aurası sağlamdır. Heyətimizdə bizimlə olan insanlar da onu görür, hiss edir. Yaxşı aura formalaşdırmışıq. Təzyiq yoxdur burada. Komandamızın potensialı bu deyil.

- Bu mövsüm "Araz-Naxçıvan"ı çempionluq uğrunda mübarizədə görə bilərik?

- Çempionata hələ var. Hələ çempionatı fikirləşmirik. Futbolçularım iddialıdırlar, özlərinə güvənirlər. Çempionatda yaxşı iş ortaya qoyacağıq.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031