Xəbərlər
24.07.2025, 01:22
“Qarabağ” üç cavabsız qolla qalib gəldi
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” II təsnifat mərhələsində ilk oyununa çıxıb.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olub.
Dublində yerləşən “Tolka Arena”da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına 13-cü dəqiqədə Leandro Andrade, 80-ci dəqiqədə Aleksey Kaşuk, 85-ci dəqiqədə Nəriman Axundzadə imza atıb.
Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay