Sevgi insanın fizaloji tələbatının ödənilməsini əsaslandırmaqa yönələn bir vasitə, məhəbbət isə qarşılıqlı anlaşmadan irəli gələn, insanı varlığın, düşüncələrini olduğu kimi qəbul edən sabit, davamlı və təmənnasız hissiyatdır !!!
Məmməd İbadoğlu.

İstər dahilərin, istərsədə həyatımızın müəyyən hissəsində əvəzsiz xidmətləri olmuş klassiklərimizin və eləcədə müasirimiz olan yaradıcı dostların düşüncəsindən süzülüb gələn ibratamiz fikirləri görəndə, onu diqqətlə oxuyub məntiqi nəticəsinə varmağa çalışmışam. Bu cür deyimlərin nə qədər doğru, dürüst, məntiqi nəticəsi olduğunu görüb, vacib olduğu qədər düşüncəmi zənginləşdirmişəm. Çünki, istənilən dolğun fikir insanı düşündürür və mənən saflaşdırır...

Sözünə, səsinə, sosial şəbəkədə insani dəyərlərdən sayılan davranışına və illərlə iş yoldaşlığı etdiyim və yaxından tanıdığım bir çox dostlarla, tanışlarla yaxın münasibətinə görə sevib tanıdığım Mamed İbadoğlu haqqında yazı yazmağı bir xeyli müddət vardı ki, özüm üçün qərarlaşdırmışdım. Hər dəfə sözünə və səsinə uyğun poeziya nümunələri seçib səsləndirən bu insanın ecazkar səsi ruhuma düşən sanki bir açar idı . Doğrusu onun yaradıcı dostlara diqqətcil olduğunu bir neçə dəfə səsləndirdiyi şeirlərdə və yazdığı rəylərdə görüb müşahidə etmişdim. Hətta bir neçə dəfə mənim öz şeirlərimə istinad və nəzirəsi ilə rəğbətimi qazanmışdı. Ona görə, hər dəfə bu istəyimi qələmə almaq düşüncəsi qəlbimdə eynən var-gəl etməkdə idi. Odur ki, doğru dürüst bir məqam və səbəb axtarmaqda idim. Səbəb çox olsada, məqm sarıdan baxtım gətirmirdi...

Şair qardaşımız vətənimizin şair və sənətkarlar diyarı Şamaxının, təxmin etdiyimə görə dilbər guşəsi olan Pirqulu, Dəmirçi, Zarat zonasından idi. Çünki, 30 ildən yuxarı canını Azərbaycan mətbuatında ədalət və həqiqət axtarışında qoyan, "Ədalət və Həqiqət" qəzetinin qurucusu və baş redaktoru Cəmil Zəbhulla oğlu Dadasov və 14 il zavodda bir yerdə işləyib, bu gündə səmimi münasibətdə olduğum Kamran Quliyevin Mamed İbadoğlunu tanımaları, hər üçünün bir-birinə yaxın kəndlərdən olmalarına hiss etmişdim. Doğrusu bir azda buna görə şair qardaşımıza diqqətim həmişə əhəmiyyətli dərəcədə fərqlənirdi. Həmdə bu istiliyə onun son vaxtlar ortalığa çıxardığı maraqlı və mükəmməl yaradıcılığı, insanı özünə cəzb edən ruha qida olan ecazkar səsi, bu istəyimə daha bir istilik qatırdı...

Mamed qardaşımızın bu yazıya, yuxarıda sitat gətirdiyim aforizimində, sevginin insan üçün fizaloji bir vasitə kimi görüb, ondan doğan məhəbbəti isə, qarşılıqlı (eynən bizdəki kimi) anlaşmadan irəli gələn sabit, təmənnasız hissiyyat duyğusu olduğunu göstərməsi, deyərdim ən doğru yanaşma idi.
Şairin, sevgi və məhəbbətlə dolu qəlbindən süzülüb gələn yaradıcılığına diqqət kəsiləndə, bu insanın qəlb duyğusunun sevgi və məhəbbətdən yoğrulduğunu əmin olursan. Onun şeirləri ilə tanış olduqca bu sevgi və məhəbbətin vəhdətin görürsən. Şair, doğurdan da bunu öz iç dünyasının sirri kimi görüb, nəzmə çəkərək agah edir.
Gəl səni bu sirdən eyləyim hali,
Dodaqlarda bal, şərbətdi, məhəbbət.
Su kimi müqəddəs, rütbədən Ali,
İlahidən bir nemətdi, məhəbbət.

İlahi nemət olan məhəbbətin bənzərsizliyi, şairin sonrakı misrasında belə səslənir.
Gah bənzəyir səmadakı ulduza,
Gah damarda qanı döndərər buza,
Dönüb ədasıyla ismətli qıza,
Görərsənki qiymətdir məhəbbət.

Bu cür saf, ali dəyərlərin nəticə qiyməti olan məhəbbətin insan qəlbində yaratdığı təlatüm həmişə hiss edilir, duyulur, onun səmimiyyət üzərində qurduğu ünsiyyət insan davranışında özünü büruzə verir.

Şairin gözəl yaradıcılıq nümunələri məhz sevgidən yoğrulub, məhəbbətlə üzə çıxarılıb. Məsələn, ona bətnindən özünü dərk qədər sevgi və məhəbbət öyrədən anaya səcdəsi olan, "AY ANA" şeirinə nəzər salsaq görərik ki, bu sevginin, məhəbbətin qaynaqı haradandır.
Gözümdə işıqsan, dizimdə taqət,
Atamdan qalmısan mənə əmanət,
Sənsən həyatımda haqqa zamanət,
Dediyim bu sözdan eyləsəm də ar,
Ay Ana qayğına ehtiyacım var.

Ana qayğısının insan qəlbində yaratdığı sevginin əvəzsizliyin şair çox gözəl və möhtəşəm olaraq oxucusuna növbəti bənddə belə çatdırır.
Canımla bağlıyam sənə, el bilir,
Yazdığım misralar sinəmdən gəlir,
Pərişan notlarım gendən bilinir,
Ruhumu oxşamır səkkiz simli tar,
Ay Ana laylana ehtiyacım var.

Aristotel deyir ki, - "Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçün deyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir."
Məhz gözəl qiraətçi və hörmətli şairimiz Mamed Ibadoqlu öz sevgisini bu cür büruzə verir.
Yatmazdın gecəni, mən yatım deyə,
Tikəmi qoymazdın özgəsi yeyə,
Sərvi-xuramanlar ha özünü öyə,
Səni əvəz etməz ala gözlü yar,
Ay Ana sevginə ehtiyacım var

V.Hüqonun məntiqi nəticəsi ilə desək, - "Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur."
Gözəl şair və ecazkar səsi ilə ürəkləri fəth edən qiraətçi Mamed Ibadoqlu, -"Ay ana kölgənə ehtiyacım var" - deyərək sevgisini bildirir.
Qışın arxasınca güllü yaz gələr,
Çəməndə Nərgizlər-lalələr bitər.
Demərəm varlığın bəsimdir yetər
Əriyib çaylarla qovuşarkan qar,
Ay ana kölgənə ehtiyacım var.

Səhnə adı Dizraeli ilə tanınan Rowan Alexander Sawday, İngiltərənin Bristol şəhərindən olan britaniyalı reper, şair və musiqiçi B.Dizraeli deyir ki, - "Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir." Şair varlığını bu cür tərənnüm edir.
Çəkdiyin zəhmətə verməsəm dəyər
Eşidən Bircəyə nadandır deyər,
Köksümdən nəfəssən şahiddir göylər
Min kərə bu sözü edəcəm təkrar,
Ay Ana özünə ehtiyacım var.

Dəyərli qiraətçi və gözəl şairimiz Mamed Ibadoqlunun bütün yaradıcılığında sevgi və məhəbbət özünü sözdə, misrada, bənddə göstərir. Onun, "GÖRMÜŞƏM" şeirinə diqqət yetirsək görərik ki, şair öz sözünü həyatın sevgi və məhəbbəti ilə yoğrub.
Sözlərimdə təsir gəzmə əziz dost,
Bildiyimin ən düzünü demişəm.
Naxələfə sarı tuncdan qoyan büst,
Kəmfürsətin mən özünü görmüşəm.

"El üçün ağlayan gözsüz qalar " - kəlamını şair qəlb ağrısı ilə belə sıralayır.
Qara daşlar ağarmayır nə üçün?
Qəfəsində həsrət çəkir göyərçin,
Hiddətindən hönkürək el üçün,
Ağlayanın kor gözünü görmüşəm.

"Bu dünyanın hər üzünü görmüşəm"- deyən şair çox doğru olaraq vurğulayır.
İbadoğlu, həyat ki var mərəzdi,
Müəmmalar, bircə gedər-gəlməzdi,
Elə bilmə dediklərim qərəzdi,
Bu dünyanın hər üzünü görmüşəm.


Şairin bütün şeirlərində sevgi saflığını, məhəbbət ülvülüyünü oxucu sözbəsöz, sətirbəsətir görüb və duyur. Onun, "ATAM" şeiri də, bu qəbildəndi.
Bir övladın ata sevgisindən doğan məhəbbətin yaşanan duyğusunu yaşayan bir övlad kimi gözəl şairimiz Mamed Ibadoqlu elə gözəl və obrazlı çatdırır ki, sanki oxucunun qəlbini tilsimləyir, onu öz uşağlığına çəkib xatirələrində yaşadır.
Utanıb dediyim sözü danardım,
Arayıb səhvimi biləndə, Atam.
Sevinib özümü xoşbəxt sanardım,
Zarafat eyləyib güləndə, Atam

Bu hər bir övladın atasından gördüyü və gözlədiyi davranış idi.
Bəxtəvər edərdi evdə hər kəsi,
Aramla gələndə təmkinli səsi,
Ruhumu oxşardı ilıq nəfəsi,
Əyilib anlımdan öpəndə, Atam.

Atam nəvazişi, ata sevgisi bu cür pərvazlanıb övlad ruhunu məhəbbətinə qərq edirdi.
Elə iş tapmazdım başımı qatım,
Axşamı gözlərdim yıxılım yatım.
Qaçardım bacımdan ona tez çatım
Uzaq bir səfərdən dönəndə, Atam.

Bəli, bir hissin duyğusundan hər birimiz bunu yaşamışıq. Hər birimizin atalı dünyamızda duyub gördüklərimizdi bütün bunlar. Şair bunu böyük sevgi, məhəbbətlə özünəməxsus şəkildə qələmə alıb.
Arada keçmişi yada salardı,
Kövrəlib gözləri yaşla dolardı,
Təəssüf hissi ilə fikrə dalardı,
Ətrafda haqsızlıq görəndə, Atam.

Ata varlığının gözəlliyini obrazlı şəkildə oxucusuna çatdıran şair qardaşımız, bir ata sevgisinin uşaq qəlbində yaratdıqlarının gözəl tərənnümüdü bu şeir. Onu duyduğu kimi tərənnüm etmək, şair ruhunun məhəbbətindən irəli gəlir.
Neçə yol çəksə də sınağa taleh,
Hər dəfə ağlına olardım valeh.
Sadə insan idi əməlisaleh,
Köçüb bu dünyadan gedəndə, Atam.

Sovet imperiyasının əsas fiqurlarından biri sayılan F.Dzerjinskiy deyirdi ki, - "Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur."
Bunun bir həqiqət olduğunu hər birimizin həyatımızda dərk edib anladığımız məntiqli nəticədir. Həqiqətəndə gözəl şairimiz, ecazkar səsi ilə ruhumuzu oxşayan Mamed Ibadoqlu yaradıcılığında bu sevgini və məhəbbəti mən duya - duya yaşadım. İnanıram ki, dəyərli oxucularımıza bu kiçicik yazıda bunu görüb, sevərək Mamed Ibadoqlu yaradıcılığını, məhəbbətlə varaqladacaq.
Öz növbəmdə mən də, dəyərli ziyalımız, gözəl şairimiz, möhtəşəm səslə qiraətçilik edən Mamed Ibadoqluna bir dost kimi sevgimi bu kiçik yazımla çatdırıb, onun yaradıcılığına olan məhəbbətimi ərmağan edirəm.
Böyük səmimiyyət və ehtiramla,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Şair - publisist.

Son xəbərlər

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031