Ermənistan polisi Rusiya-Ukrayna müharibəsində iştirakdan imtina edən keçmiş hərbçi Semyon Subbotini Rusiyaya ekstradisiya etməyib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, 25 yaşlı Subbotin əvvəllər İvanovo vilayətinin Teykovo şəhərində strateji raket qoşunlarında radiooperator-topçu kimi xidmət edib. O, 2024-cü ilin sentyabrında “Meşəyə get” layihəsinin köməyi ilə Rusiyanı tərk edib.


Ermənistanda Subbotin özünü qeyri-qanuni vəziyyətdə tapıb, çünki Rusiyada ona qarşı hərbi hissəni icazəsiz tərk etmə maddəsi ilə (Cinayət Məcəlləsinin 337-ci maddəsi) cinayət işi açılıb və Rusiya hakimiyyəti onu axtarışa verib. Bundan əlavə, hüquq müdafiəçilərinin dediyi kimi, Subbotin öyrənib ki, Ermənistana onu ölkədən çıxarmaq və ya ona təzyiq etmək üçün xüsusi adamlar göndərilib.

Nəticədə, Subbotin Ermənistan polisi ilə əlaqə saxlayıb. Rusiyalı hərbçi üç gün saxlanılaraq istintaq təcridxanasına salınıb. Ermənistan hakimiyyəti bu barədə Rusiyaya xəbər verib ki, Rusiya tərəfi ekstradisiya sənədlərini hazırlasın.

“Bu gün Rusiya hərbçiləri tələb olunan 72 saat ərzində Subbotinin saxlandığı istintaq təcridxanasına gəlib və prosedura əməl etmədən onu aparmaq istəyiblər”, - hüquq müdafiəçiləri bildirib. Onların sözlərinə görə, adam oğurluğu riski barədə məlumat verərək polis və prokurorluqla əlaqə saxlayıblar. 72 saatlıq həbs müddəti başa çatdıqdan sonra Subbotin sərbəst buraxılaraq polis bölməsinə aparılıb və orada vəkil onu gözləyib. Keçmiş hərbçi hazırda azadlıqdadır.

Hüquq müdafiəçilərinin fikrincə, Rusiya hələ də Ermənistandan Semyon Subbotinin ekstradisiyasını tələb edə bilər.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031