Raqif Nazimoğlu,
Şair-alim


Rəşadı xeyli vaxtdır tanıyıram, demək olar ki, çılğındır, dəlisovdur, ancaq ürəyi təmizdir. Həyata baxışı anlamlıdır. Bu barədə düşüncələri də pis təsir bağışlamır...

Mən Rəşaddan bəhs edirəm – şair Rəşad Əhmədlidən. Qələmə aldığı şeirlərdə özünün səmimi hislərini ifadə edən Rəşaddan...
Rəşad “Ağsu yazarları” ədəbi birliyinin fəal üzvlərindəndir. Ədəbi sahədə məhsuldar olmasa da, ara-sıra qələmə aldıqları məmnunluq doğurur.
Rəşad da şeirə xalq yazı dilinin təəssüratları ilə rəng vurur. Sadə, anlaşılan dildə şeir yazması, ifadə etdiyi fikirlərdə diqqət çəkən aktuallıq qaneedici faktorlardır.

Rəşadda postmodernçilik xəstəliyi yoxdur; o, fikri, dediyim kimi, xalq yazı dilində formalaşdırır, ədəbi qaynaqlara məhz bu tərzdə nüfuz edir.
Məsələn:

Daha adamları tanımaq olmur,
Qorxursan yeməyə aşından, Allah.
Bu günü bir təhər yola vermişəm,
Qoru sabahımı daşından, Allah...

***
Öyrətmədim əyri yola ayağı,
Haqdan aldım tükənməyən dayağı,
Miz üstünə töküb qələm, varağı,
Bilmirəm ki, nədən yazım, nə yazım,
Göstər mənə çıxış yolun, nə yazım?!


Bu parçalarda biz mənanı da, məzmunu da sadə intellektdə görür, bu aspektdə gənc şairin duyğularına ürək qızdıra bilirik. Bəllidir, bu parçalarda – bu parçaların cəm olduğu şeirlərdə şair çoxumuzun dediyini deyir, çoxumuzun dəfələrlə müraciət etdiyimiz qənaətə diqqət çəkir, bunu bir ayıbı yoxdur, əsas odur ki, Rəşad dediklərinin səmimiyyətinə inanır və bununla bizi öz səmimiyyətinə inandırır...
Şairin digər şeir nümunələrinə diqqət yetirək:

...Burda saysız igid, oğul, ər yatır,
Arzusu gözündə qalanlar yatır,
Faciə, qəm, kədər, dərd, qübar yatır,
Xəzan vurmuş bağın barı burdadır.

***
Güllər soldu, qanqal bitdi, çox heyif,
Fələy görün nələr etdi, çox heyif,
Ana getdi, ata getdi, çox heyif,
Xəyal qurub, düşünürük, anırıq,
Yaxınları itirdikcə yanırıq.


Birinci nümunədə bəlli olur ki, söhbət son məkandan – məzardan gedir, bütünkükdə torpaqdan bəhs edir. Belə anlaşılır ki, şair yaxşı insanla pis insanın eyni torpaqda çürüməsi faktına təssüf edir. Bu, bizim özümüzdə də daim dərin ikrah hissi doğurub…
İkinci nümunədə də həyatın acıları bərqərardır – şair təklik acısı yaşamağın əzab qədər çətin olduğunu oxucuya açır…
Doğru sözdür ki, insan kəskin ağrı-acı yaşayanda dərin məzmunu olan poeziya nümunəsi ortaya qoyur.
Məsələn, Rəşadın atasına həsr etdiyi şeir bizdə bu ovqatı yarada bilir:

…Ölümün də qürur verdi Rəşada,
Sevənlərin nə qədərmiş, ay ata…


Əlavə şərhə lüzum yoxdur. Bu şeirdə təkcə dərd qabarı yoxdur, həm də o var ki, insan yaşadığı həyatda ancaq yaxşılıq etməlidir. Eynən Rəşadın atası Abbasəli kişi kimi.
Bir insan ki, vəfat edəndən sonra dərin minnətdarlıq hissi ilə son mənzilə yola salınır və illər keçsə də xatirləlrdə yaşayır, deməli, o, yaxşı insan olub.
Məhz Rəşadın atasına həsr etdiyi şeirdə bu aspektlər var…
Sənə müvəffəqiyyətlər arzulayıram, Rəşad!

Son xəbərlər

Rəsul Rza zirvəsi... - FOTO

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah bütün pensiyalar tam ödəniləcək

ABŞ daha bir ölkə ilə müharibəyə hazırlaşır

Onlara 271 min reabilitasiya vasitəsi verildi

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA

Doktorant olmaq istəyənlər üçün sənəd qəbulu başladı

Viral olan görüntüsünün sirrini açıqladı - Fotolar

“Çukur”dan sonra yolları yenidən kəsişdi

İllərdir gizlətdiyi xəstəliyini açıqladı

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb

Pentaqon ABŞ-Kanada müdafiə şurasının fəaliyyətini dayandırır

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

ABŞ Rusiya neftinin tədarükünü iyunun 17-dək sanksiya siyahısından çıxarıb

Türkiyədə silahlı hücum: həm həyat yoldaşını, həm də küçədəki adamları öldürdü

İlon Mask “OpenAI”yə qarşı məhkəməni uduzdu

Şakira İspaniya hökumətinə qalib gəldi - 70 milyon dollarını qaytaracaq

Onların gözü yüksəklərdədir... - Rekordlarını təzələdilər

Əzizə Ağahüseynqızı : Vətəndi, obadı, eldi yasəmən - FOTO

Azərbaycan pavilyonu “Urban Expo” sərgisində fəaliyyətə başladı

“İqlim və mənzil dayanıqlığı: gender perspektivindən baxış” adlı tədbir keçirildi - FOTOLAR

İranla danışıqlarda güzəştə hazır deyiləm - Tramp

Prezident 15 əsr əvvəl çəkilmiş kanalizasiya sistemini nümunə göstərdi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031